Icma.az
close
up
RU
Rusiyalı tanınmış mütəxəssis: Qurban Qurbanovun uğuruna sevinirəm

Rusiyalı tanınmış mütəxəssis: Qurban Qurbanovun uğuruna sevinirəm

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı, 17 noyabr, AZƏRTAC

“Qarabağ” komandasının Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanmasına görə çox şadam. Sadəcə, onların turnirin pley-off mərhələsində sabiq komandam “Ferensvaroş”u (Macarıstan) məğlub etmələrinə görə məyus oldum.

Bu sözləri AZƏRTAC-a açıqlamasında rusiyalı tanınmış mütəxəssis Stanislav Çerçesov deyib.

Təcrübəli çalışdırıcı Qurban Qurbanovun uğuruna sevindiyini bildirib: “O, mənim yaxşı dostumdur. Üstəlik, Azərbaycan Çempionlar Liqasında təmsil olunur. Bu, böyük işdir. Qurban Qurbanov “Qarabağ”a rəhbərlik etdiyi dövrdə böyük klub formalaşdırdı, bunu şəxsən bilirəm, çünki onlara qarşı oynamışam və nə qədər güclü olduqlarını yaxşı görmüşəm. Düzdür, hər il bu büdcə ilə Çempionlar Liqasına düşmək mümkün deyil. Digər tərəfdən, onlar artıq ikinci dəfə turnirin əsas mərhələsinə vəsiqə qazanıblar və kifayət qədər ağıllı oyun göstərirlər”.

O, Ağdam təmsilçisinin Liqa mərhələsinin V turunda səfərdə İtaliya “Napoli”sinə qarşı keçirəcəyi matçla bağlı da danışıb: “Mən futbolçu kimi “Napoli”yə qarşı oynamışam. Dieqo Maradona oradan çıxış edirdi və biz onları məğlub etmişdik. “Dinamo Moskva”da baş məşqçi işlədiyim dövrdə Avropa Liqasında onlarla üz-üzə gəlmişdik. Həmin zamanla indiki arasında böyük fərq var. Heyət dəyişib. Həmin vaxtda İtaliya klubunda Qonsalo İquain, Marek Hamşik kimi ulduz futbolçular çıxış edirdilər. İndi isə komandanı təcrübəsi böyük olan Antonio Konte çalışdırır. “Dieqo Maradona” stadionunda baş tutan görüşlər hər zaman gərgin keçir. Çətin matç olacaq. “Qarabağ”a uğurlar arzu edirəm”.

Qeyd edək ki, Çempionlar Liqasının əsas mərhələsində 4 turdan sonra 7 xal toplayan “Qarabağ” turnir cədvəlinin 15-ci pilləsində qərarlaşıb. Komanda növbəti oyununu noyabrın 26-da səfərdə “Napoli”yə qarşı keçirəcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:74
embedMənbə:https://azertag.az
archiveBu xəbər 17 Noyabr 2025 17:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see218

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see206

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see191

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see182

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see169

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see169

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see162

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see159

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see154

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see150

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see149

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see149

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see147

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see146

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see143

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see141

Yuventus italiyalı ulduzunu geri qaytarmaq istəyir

31 Dekabr 2025 17:38see137

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see136

“Qalatasaray”da Osimhen planı: Gyökeres alternativ imiş

31 Dekabr 2025 10:46see135

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri