Rusiyalı ulduz 850 milyon rubla malikanəsini satdı FOTO
Milli.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Rusiyanı tərk etdikdən sonra xaricdə yaşayan müğənni Svetlana Loboda Moskva yaxınlığındakı dəbdəbəli malikanəsini satıb.
Milli.Az rus mətbuatına istinadən xəbər verir ki, ifaçı uzun müddət alıcı tapa bilmədiyi əmlakını nəhayət may ayında satmağa nail olub. Bildirilir ki, malikanənin yeni sahibi Rusiyanın tanınmış iş adamlarından biridir.
Təxminən 1 200 kvadratmetr sahəni əhatə edən üçmərtəbəli, 850 milyon rubla (təxminən 20 milyon manat) villada dörd yataq otağı, iki yemək zalı, bar, bilyard otağı və hovuz yerləşir. Tam təmirli və mebellə təmin olunmuş əmlakın ərazisində əlavə olaraq qonaq evi, işçi heyəti üçün yaşayış sahəsi, mühafizə məntəqəsi, qaraj və baxımlı bağ da mövcuddur.
Svetlana Loboda 2022-ci ildə Rusiyanı tərk etdikdən sonra bu evi satışa çıxarmışdı. İlk vaxtlar malikanə üçün daha aşağı məbləğ tələb olunsa da, sonradan qiymət artırılıb.
Qeyd olunur ki, villa satılanadək kirayəyə verilib və sahibinə hər ay yüksək gəlir gətirib.
Hüseyn
Baxış sayı:155
Bu xəbər 16 İyun 2026 14:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















