Icma.az
close
up
RU
Rusiyanı çökdürmək planı işə düşdü: 300 milyardlıq həmlə Putin çətin durumda

Rusiyanı çökdürmək planı işə düşdü: 300 milyardlıq həmlə Putin çətin durumda

Icma.az, GlobalInfo saytına istinadən bildirir.

Avropa İttifaqı ölkələri Rusiya Mərkəzi Bankının Avropadakı aktivlərini qeyri-müəyyən müddətə dondurmaq barədə razılığa gəlib. “Reuters”in məlumatına görə, Avropa Komissiyasının planına əsasən, bu addım Rusiya aktivlərinin sonrakı müsadirəsində ilk mərhələ kimi nəzərdə tutulub. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova isə açıqlamasında bu qərarı “baş barmaqlar” sözləri ilə şərh edib.

Avropanın bu iqtisadi müharibədə qalib gəlmək şansı varmı? Aİ Rusiyanı bu “silahla” diz çökdürə, müflis edə biləcəkmi? Bəs Vladimir Putinin B planı mövcuddur? O, ölkəsini üzləşəcəyi təhlükədən yayındıra biləcəkmi?

Globalinfo.az-a danışan Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin sabiq direktoru, politoloq Fərhad Məmmədov qeyd edib ki, Rusiyanın təxminən 300 milyard dollarlıq ehtiyat fonduna aid vəsaiti Ukraynada müharibə başlayandan sonra dondurulub.

Onun sözlərinə görə, bu məbləğin təxminən 80 faizi Belçika banklarında yerləşir:

“Qalan hissə isə qismən Fransa, Niderland və İsveçrə banklarında saxlanılır. Diqqətçəkən məqam ondan ibarətdir ki, Rusiya iqtisadiyyatı artıq təxminən dörd ildir bu maliyyə resurslarından məhrum vəziyyətdə fəaliyyət göstərir. Bu baxımdan, sözügedən vəsaitin Rusiyaya qaytarılması ölkənin dərhal çökməsi demək deyil. Hazırda əsas müzakirə mövzusu həmin vəsaitlərin Ukraynaya verilməsi və ya Avropa İttifaqının Ukraynaya göstərdiyi maliyyə dəstəyinin əvəzinin bu pullar hesabına ödənilməsi məsələsidir. Lakin bu variantın reallaşması ciddi hüquqi maneələrlə üzləşir. Məhz buna görə də banklar prosesə qoşulmaqdan çəkinir və nəticədə Belçika faktiki olaraq mövcud məsələdə Avropa İttifaqı daxilində təklənmiş vəziyyətdə qalıb. Səbəb ondan ibarətdir ki, söhbət özəl banklardan gedir və bu vəsaitlərin banklardan çıxarılması digər dövlətlər və şəxslər tərəfindən həmin banklara olan etimadın azalmasına gətirib çıxara bilər”.

Fərhad Məmmədov

Politoloq deyib ki, burada hüquqi prosedur həlledici rol oynayır:

“Çünki indiyədək məsələ ilə bağlı nə məhkəmə qərarı, nə də BMT Təhlükəsizlik Şurasının Rusiyanı işğalçılıqda günahlandıran qətnaməsi mövcuddur. Avropa İttifaqında müəyyən siyasi qərarlar qəbul edilsə də, bu qərarlar banklar və xüsusən də məhkəmələr üçün hüquqi əsas sayılmır. Məhz buna görə demək olar ki, sözügedən vəsaitlər dondurulmuş vəziyyətdə qalacaq”.

Fərhad Məmmədovun fikrincə, burada diqqətçəkən digər məqam ABŞ prezidenti Donald Trampın mövqeyidir:

“Onun yanaşmasına görə, bu pullar Rusiyanın razılığı ilə Ukraynada xərclənməlidir və vəsait fərqli şəkildə bölüşdürülməlidir. Belə ki, təklif olunan ssenariyə əsasən, 200 milyard dollar Ukraynaya göstərilən dəstəyin əvəzi olaraq Avropa və ABŞ-a qaytarılmalı, qalan 100 milyard dollar isə Rusiyanın işğalı altında olan ərazilərdə bərpa işlərinə yönəldilməlidir. Lakin Rusiya bu variantla razılaşmır və öz vəsaitini tam şəkildə geri almaqda israrlıdır. Hüquqi mexanizmlərin mövcud olmaması səbəbindən yaxın perspektivdə bu maliyyənin taleyində dəyişiklik gözlənilmir və ehtimal olunur ki, vəsaitlər müharibənin yekun nəticələrindən asılı olaraq uzun müddət dondurulmuş vəziyyətdə qalacaq”.

Qeyd edək ki, Avropa İttifaqı 12 dekabr tarixində Rusiyanın dondurulmuş aktivlərini birdəfəlik bloklayıb. “Reuters” agentliyinin məlumatına görə, bu qərar Ukraynaya yardım göstərmək üçün nəzərdə tutulmuş vəsaitlərin istifadəsinə ciddi maneəni aradan qaldırır.

Zaira Akifqızı
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:72
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 13 Dekabr 2025 13:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see305

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see274

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see229

ABŞ in vitse prezidenti Cənubi Qafqaza nəyə gəlir?

26 Yanvar 2026 13:27see229

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see211

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see206

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see188

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see182

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see167

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see165

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see160

Əhali kreditlərini sığortalamağa niyə maraq göstərmir?

26 Yanvar 2026 12:56see156

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see155

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see154

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see154

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see153

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see151

Bakıda erməni dili kursu BÖYÜK MARAQ VAR

26 Yanvar 2026 09:40see148

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see148

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri