Icma.az
close
up
RU
Rusiyanı Kazan şəhərində İƏT in Beynəlxalq Gənc Sahibkarlar Forumu keçirilir

Rusiyanı Kazan şəhərində İƏT in Beynəlxalq Gənc Sahibkarlar Forumu keçirilir

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı, 15 may, AZƏRTAC

Mayın 15-də Rusiyanın Kazan şəhərində İslam Əməkdaşlıq Təşkilatı (İƏT) ölkələrinin 11-ci Beynəlxalq Gənc Sahibkarlar Forumu işə başlayıb.

AZƏRTAC xəbər verir ki, tədbir İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun Avrasiya Regional Mərkəzi (İƏGF), Tatarıstanın Gənclərlə İş üzrə Nazirliyi, “Selet” Gənclər Fondu və Tatarıstan Gənclər Diplomatiyası Akademiyasının birgə təşkilatçılığı ilə keçirilir.

Forumun açılışında Tatarıstan Rəhbərinin köməkçisi Timur Süleymanov, İƏT Gənclər Forumunun Avrasiya Regional Mərkəzinin baş direktoru Rafiq İsmayılov, Çuvaş Respublikasının Batırevski bələdiyyə dairəsinin rəhbəri Rudolf Selivanov və digər rəsmi şəxslər iştirak ediblər.

Çıxış edənlər bu forumun ənənəvi xarakter daşıdığını, investisiyaların cəlb edilməsinin bir çox layihələrin uğur qazanmasına töhfə verdiyini qeyd ediblər.

R.İsmayılov təmsil etdiyi təşkilatın Tatarıstan hökuməti və Rusiyanın bu regionunun Gənclərlə İş üzrə Nazirliyi ilə əməkdaşlığından məmnunluğunu ifadə edərək bildirib ki, Kazan Forumu gənc sahibkarların təşəbbüsü ilə həyata keçirilən startap layihələrinin dəstəklənməsində mühüm rola malikdir.

Açılış mərasimindən sonra startap nümayəndələri arasında şəbəkələşmə sessiyası keçirilib, daha sonra layihələrinin ilk təqdimatları olub. Artıq 10 ildən çoxdur ki, keçirilən forumun məqsədi İƏT məkanında yeni startap təşəbbüslərini dəstəkləmək, gənc sahibkarların fəaliyyətini stimullaşdırmaq və qloballaşma şəraitində yeni biznes ideyalarının yaranmasına təkan verməkdir.

Qeyd edək ki, hər il forumun yekununda ekspertlərdən ibarət beynəlxalq münsiflər heyəti müəyyən meyarlar əsasında startap layihələrini qiymətləndirir və qalib olan təşəbbüslərin maliyyələşdirilməsi ilə bağlı qərarlar qəbul edir.

Kazan tədbirində İƏT-in müxtəlif ölkələrindən və Rusiyanın regionlarından 25 startap layihəsi təqdim edilib. Forumda işçi qrupları çərçivəsində onların qiymətləndirilməsi 3 gün ərzində başa çatdıracaq. İştirakçılar, həmçinin mədəni proqramlarda iştirak edəcək, Tatarıstanın sahibkarlıq və startap mərkəzlərinə baş çəkəcəklər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:126
embedMənbə:https://azertag.az
archiveBu xəbər 15 May 2025 11:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see359

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see241

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see235

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see194

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see179

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see174

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see165

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see164

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see158

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see157

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see153

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see143

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see143

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see141

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see140

Yeni ilin məşhur salatı ilə bağlı dietoloqdan xəbərdarlıq

29 Dekabr 2025 11:41see137

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see136

Ötən həftə 175 yanğın olub, 7 nəfərin meyiti tapılıb

29 Dekabr 2025 10:05see136

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see135

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri