Icma.az
close
up
RU
Rusiyanı rəsmən satdılar: Bu ölkə müqavilələri ləğv etdi

Rusiyanı rəsmən satdılar: Bu ölkə müqavilələri ləğv etdi

Icma.az, News24 saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Serbiya Moskvanın Avropadakı ən sadiq müttəfiqlərindən biri olmasına baxmayaraq, Rusiya ilə bir sıra silah müqavilələrini ləğv edib.

News24.az xəbər verir ki, Serbiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general Milan Moysiloviç beynəlxalq sanksiyaların Moskvaya təzyiqləri artırması səbəbindən Belqradın bundan sonra İsrail və Çin kimi ölkələrdən, eləcə də Qərbdən hərbi texnika alacağını bildirib. 

Mojsiloviç bununla bağlı yerli qəzetə müsahibəsində deyib. “Rusiya Federasiyasından silah tədarükü artıq qeyri-mümkün olub. Biz bu vəziyyətdən çıxmaq üçün diplomatik yollar tapmağa çalışırıq”, - deyə o bildirib.

General qeyd edib ki, bəzi sazişlər ləğv edilib, digərləri isə beynəlxalq münasibətlərin normallaşması və razılaşmaların həyata keçirilməsinə imkan yaratmaq ümidi ilə təxirə salınıb. Sazişlərin ləğvinin hansı silah sistemi satınalmalarına təsir etdiyi bəlli deyil.

Serbiya Sovet və Rusiya istehsalı olan avadanlıqların mövcud ehtiyatlarını saxlamaq üçün davamlı ehtiyat hissələri təchizatı sistemi yaratmağı bacardığını açıqlayıb.

NATO-dan kənarda qalmaqla hərbi neytrallıq siyasəti yürüdən Serbiya da Avropa İttifaqına (Aİ) üzv olmaq arzusunu ifadə edir. 2024-cü ilin oktyabrında Serbiya prezidenti Aleksandar Vucic ölkəsinin Aİ-yə üzvlük səylərini sürətləndirməkdə qərarlı olduğunu açıqlayıb.

Bu siyasi mövqe Belqradın Rusiya müdafiə sənayesindən uzaqlaşmasına və Fransadan 12 “Rafale” qırıcı təyyarəsinin alınması kimi böyük hərbi müqavilələri Avropa ölkələrinə yönəltməsinə səbəb olub.

Eyni zamanda, Serbiya İsrail və Çinlə hərbi əməkdaşlığı gücləndirməkdə davam edir. Serbiya ordusu Çin istehsalı olan FK-3 hava hücumundan müdafiə sistemlərinin Serbiya Hərbi Hava Qüvvələrinin inventarına daxil olduğunu açıqlayıb.

Ayrı-ayrılıqda, İsrailin “Elbit” hərbi şirkəti 2024-cü ilin noyabrında 335 milyon dollar dəyərində PULS raket artilleriya sistemləri və “Hermes 900” pilotsuz təyyarələrini "Avropadakı müştəriyə" çatdırmaq üçün müqavilə imzaladığını elan edib. İsrail mətbuatı bu razılaşmanın Serbiyadan gəldiyini iddia edib.

Aynurə

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:213
embedMənbə:https://news24.az
archiveBu xəbər 13 Yanvar 2025 12:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see315

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see280

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see273

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see268

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see262

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see259

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see258

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see243

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see237

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see233

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see225

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see224

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see223

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see221

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see218

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see216

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see211

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see197

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see191

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri