Icma.az
close
up
RU
Rusiyanı vurmaq üçün Maskdan İCAZƏ İSTƏYİR

Rusiyanı vurmaq üçün Maskdan İCAZƏ İSTƏYİR

Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Ukrayna "Starlink" ilə təchiz edilmiş zərbə dronlarından istifadəyə icazə almağa çalışır.

Dronlardan sərhəddən 200 kilometrədək dərinlikdə yerləşən ballistik raket buraxılış qurğularına hücum etmək üçün istifadə ediləcək.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə "Financial Times" mənbələrə istinadən yazır.

Buna səbəb Kiyevin "Patriot" hava hücumundan müdafiə sistemləri üçün raket ələkeçiricilərinin kəskin çatışmazlığıdır. "Patriot" sistemləri Rusiya ballistik raketlərini etibarlı şəkildə məhv edə bilən yeganə komplekslərdən biri hesab olunur.

Bu vəziyyətdə Kiyev yalnız raketləri havada vurmaq deyil, onların buraxılışına hazırlıq mərhələsində — buraxılış qurğularını, komanda məntəqələrini və logistika obyektlərini məhv etməklə qarşısını almaq imkanını nəzərdən keçirir.

Bunun üçün Ukraynaya İlon Maskın razılığı lazımdır, çünki "Starlink" peyk şəbəkəsi onun "SpaceX" şirkətinə məxsusdur. "Starlink" ilə təchiz edilmiş dronlar adi radio kanalları ilə işləyən aparatlarla müqayisədə daha böyük məsafələrdə operatorlarla əlaqə saxlaya bilir.

Onlar  ənənəvi radioelektron mübarizə vasitələrinə qarşı daha az həssasdır.

Mənbələrin məlumatına görə, Ukrayna Prezidenti Volodimir Zelenski hələ iyul ayında Ağ Evdə Donald Trampla görüşü zamanı ABŞ prezidentindən Maskla danışaraq "Starlink"-in zərbə dronlarında Rusiyanın sərhəddən 200 kilometrədək ərazisindəki hədəflərə qarşı istifadəsinə icazə verilməsi imkanını müzakirə etməsini istəyib.

Belə bir radius Rusiyanın ballistik raketlərin buraxılması ilə əlaqəli infrastrukturunu vurmağa imkan verərdi.

Lakin nəşrin həmsöhbətlərinin sözlərinə görə, Tramp bu təşəbbüsə açıq dəstək göstərməyib. Mənbələr Maskın da belə bir addıma razılaşmasını az ehtimal edirlər.

Mask əvvəllər də "Starlink"-dən Ukrayna hərbçilərinin istifadəsini məhdudlaşdırıb. 2022-ci ildə Krım ərazisindəki əməliyyat zamanı Ukrayna qüvvələrinin "Starlink"-ə çıxışını dayandırıb və qərarını mümkün nüvə eskalasiyası ilə bağlı narahatlıqlarla izah edib.

Bununla belə, 2026-cı ilin fevralında Ukraynanın ovaxtkı müdafiə naziri Mixail Fedorovun birbaşa müraciətindən sonra Mask "Starlink"-in Rusiya hərbçiləri tərəfindən icazəsiz istifadəsinin qarşısını alıb. Ukraynalı rəsmilər və hərbçilər bunun Rusiya hücumlarının effektivliyini əhəmiyyətli dərəcədə azaltdığını bildiriblər.

İndi isə Zelenskinin hökumətdəki yenidənqurma çərçivəsində vəzifəsindən azad etdiyi Fedorov artıq əvvəlki vəzifəsində deyil və prezidentin yaxın çevrəsinə daxil deyil. O, əvvəllər Kiyevin Maskla əlaqəsində əsas vasitəçilərdən biri olub.

Hərbi analitik Frans-Stefan Qadinin sözlərinə görə, Ukrayna “oxlara atəş açmaq” strategiyasından “oxatanın özünü”, yəni Rusiya raket buraxılış qurğularını və raket hücumlarını təmin edən digər obyektləri məhv etməyə keçməyin yollarını axtarmalıdır.

Eyni zamanda, Rusiya raket və dron istehsalını artırır. Ekspertlərin qiymətləndirməsinə görə, Ukraynaya ilin sonuna qədər hazırkı hava hücumundan müdafiə səviyyəsini qorumaq üçün yüzlərlə əlavə "Patriot" raketi lazım ola bilər. 

Xəzər 
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:165
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 21 Avqust 2026 19:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see276

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see259

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see246

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see237

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see229

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see225

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see217

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see210

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see207

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see201

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see201

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see201

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see193

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see185

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see182

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see182

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see177

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see173

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see169

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri