Icma.az
close
up
RU
Rusiyanın 130 şəhəri yox ola bilər Kreml isə pulları işğalçılıq müharibəsinə xərcləyir

Rusiyanın 130 şəhəri yox ola bilər Kreml isə pulları işğalçılıq müharibəsinə xərcləyir

Icma.az, Azpolitika.az saytına istinadən bildirir.

Rusiyada ümumi əhalisi təxminən 3,4 milyon nəfər olan 129 kiçik şəhər yox ola bilər.

“AzPolitika” xəbər verir ki, Rusiya Prezidenti yanında Xalq Təsərrüfatı və Dövlət İdarəçilik Akademiyasının (RANEPA) hökumətin sifarişi ilə hazırladığı hesabatda belə deyilir. Qeyd olunur ki, son on ildə bu qəsəbələrdə sakinlərin sayı 314,5 min nəfər azalıb.

Ən böyük çətinlikləri şimal kömür, metallurgiya və ağac sənayesi şəhərlərində yaşanır. Eləcə də Bryansk, Novqorod, Kirov vilayətlərində və Krasnoyarsk diyarında daxili resursların çatışmazlığı və maliyyənin cəlb edilməsində çətinliklər olan şəhərlər var. "Sənaye istehsalındakı böhran və əhalinin daha böyük mərkəzlərdə davam edən cəmləşməsi yaşayış məntəqələrinin itirilməsi riskini artırır", - hesabatda vurğulanır.

Verxniy Tagil (Sverdlovsk vilayəti), Trubçevsk (Bryansk vilayəti), İnta (Komi), Kem və Medvejyeqorsk (Kareliya), Torjok (Tver vilayəti) şəhərləri ilk yoxa çıxanlar arasında ola bilər. Əhalinin sayında ən böyük azalma bu məntəqələrdə qeydə alınıb. Risk qrupuna həmçinin inkişaf etmiş regionların periferik şəhərləri daxildir - Roşal (Moskva vilayəti), Oxa (Saxalin vilayəti), Porxov (Pskov vilayəti), Zavoljye (Nijni Novqorod vilayəti), Nolinsk (Kirov vilayəti). Səbəblər məşğulluğun azalması, gənclərin xaricə axını, müəssisələrin bağlanması, infrastrukturun köhnəlməsi və investisiya çatışmazlığıdır.

Ancaq Kreml öz ərazisindəki bu şəhərləri dirçəltmək əvəzinə, büdcə gəlirlərini işğalçılıq müharibəsinə xərcləyir, Ukrayna şəhərlərini əvvəlcə dağıdıb yerlə bir, sonra da işğal edir.

“AzPolitika.info”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:199
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 05 Avqust 2025 15:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see661

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see514

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see514

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see330

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see319

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see312

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see311

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see307

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see300

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see292

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see267

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see266

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see263

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see259

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see258

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see258

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see255

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see253

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see253

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see229
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri