Rusiyanın 300 min dollardan baha olan ən elit PUA sı vuruldu VİDEO
Icma.az, Turkstan.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Ukrayna Silahlı Qüvvələri Liman istiqamətində Rusiyaya məxsus ən bahalı kəşfiyyat pilotsuz uçuş aparatını – "Merlin-VR”i məhv edib. Onun dəyəri 300 min dollardan çoxdur.
Turkustan.az xəbər verir ki, bu barədə OSUV "Xortıtsya” Teleqram kanalı məlumat yayıb.
"Düşmənin qanadlarını qoparmaq üçün zenitçilərlə artilleriya briqadasının döyüşçüləri birlikdə hərəkət ediblər”, - xəbərdə deyilir.
Bahalı Rusiya kəşfiyyat PUA-sını 63-cü mexanikiləşdirilmiş briqadanın hərbçiləri məhv ediblər.
Artilleriyaçılar "ovu” mexanikiləşdirilmiş briqadanın əsgərlərindən əvvəl ələ keçirsələr də, piyada bölməsinin dronu nadir görüntülər əldə edib – hədəfin bir neçə kilometr yüksəklikdə vurulma anı qeydə alınıb.
"Merlin-VR” 300 min dollardan baha başa gəlir. Bu rus PUA-sı 5 kilometr hündürlüyə qalxa, 10 saat havada qalaraq 600 kilometr məsafə qət edə bilir. /Qaynarinfo/
/qaynarinfo.az/
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:83
Bu xəbər 08 Aprel 2025 15:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















