Icma.az
close
up
RU
“Rusiyanın adamları” Paşinyanın işini asanlaşdırır

“Rusiyanın adamları” Paşinyanın işini asanlaşdırır

Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ermənistanda iyunun 7-də keçiriləcək parlament seçkiləri yaxınlaşdıqca, Milli Məclisdə ana müxalifət statusunu hansı partiyanın və ya blokun qazana biləcəyi ətrafında müzakirələr artır. 

Keçirilən rəy sorğuları Baş nazir Nikol Paşinyanın liderlik etdiyi “Vətəndaş Müqaviləsi” Partiyasının seçkilərdə qalib gəlmək şansının yüksək olduğunu göstərir. Müxalifət qüvvələrinin isə mövcud reytinq göstəricilərinə görə, daha çox parlamentdə deputat yerlərinin əksəriyyətini qazanmaq uğrunda mübarizə aparacağı gözlənilir. 

Bu baxımdan, Paşinyanın əsas rəqibinin kim olacağı sual doğurur. Müxalifətin Paşinyanı məğlub edərək hakimiyyətə gəlməsi seçkilərdə vahid namizəd ətrafında birləşməsindən çox asılıdır. Lakin səsvermə gününə dörd ay qalmış mövcud vəziyyətin təhlili hakimiyyətə alternativ siyasi düşərgədə sözügedən birliyin baş tutmayacağını deməyə əsas verir. 

Hazırda Ermənistan müxalifətində iki siyasi lider daha çox önə çıxmış kimi görünür. Bunlardan biri rusiyalı milyarder, “Güclü Ermənistan” Partiyasının həbsdə olan sədri Samvel Karapetyandır. Rusiya onun qarşıdan gələn seçkilərdə qalib gəlməsində daha çox maraqlı görünür. 

Amma Karapetyanın həm reytinq göstəricilərinə görə Paşinyandan geri qalması, həm də digər müxalifət partiyalarının dəstəyini ala bilməməsi hakimiyyətə gəlmək şansının olmadığını göstərir. Karapetyanın mövqelərinin zəifləməsini şərtləndirən başlıca səbəblərdən biri eks-prezident Robert Köçəryanın siyasi dəstəyini əldə edə bilməməsidir. 

5 ildir parlamentdə ana müxalifətə liderlik edən Köçəryan Karapetyanı dəstəkləmək fikrində deyil. Son rəy sorğuları respondentlərin 6,8 faizinin Köçəryanın liderlik etdiyi “Ermənistan” blokuna, 7 faizi isə Karapetyanın “Güclü Ermənistan” Partiyasına səs vermək istədiyini bildirib. 

Yəni hər iki siyasi qüvvə arasında nisbi bərabərliyin olması müxalifətin iki qütbə bölündüyünü göstərir. Nəticədə, “Güclü Ermənistan” Partiyası ana müxalifət yerlərini qazanmaq imkanlarını 50 faiz itirir. Bununla Köçəryan həm də Rusiyaya siyasi gücünün Samvel Karapetyandan heç də az olmadığını nümayiş etdirməklə dolayısı ilə Kremldən dəstək istəyir. 

Lakin bu göstərici Robert Köçəryanın ətrafında siyasi qütbün formalaşması anlamına gəlmir. Xüsusilə də eks-prezident Serj Sarksiyanın Robert Köçəryanla münasibətlərində mövcud olan ziddiyyət müxalifət düşərgəsindəki pərakəndəliyi artırır. 

Öz növbəsində, Serj Sarkisyanın rəhbərlik etdiyi Ermənistan Respublika Partiyası da seçkilərə ayrılıqda getmək və Samvel Karapetyana dəstək verməmək niyyətindədir. Ümumilikdə, müxalifət düşərgəsindəki status-kvo Paşinyanın maraqlarına cavab verir. 

Yəni Rusiyayönümlü revanşist müxalifətin bir araya gələ bilməməsi “Vətəndaş Müqaviləsi” Partiyasının qələbə imkanlarını yüksəldir. Hazırda Paşinyanın əsas hədəfi Samvel Karapetyan sayılır və bu baxımdan, Köçəryanın ona alternativ mövqedən çıxış etməsi hakimiyyətin maraqlarına cavab verir. Hətta seçkilər yaxınlaşdıqca, Köçəryanın Karapetyana qarşı açıq mübarizəyə keçəcəyi gözlənilir. 

“Hraparak” qəzeti yazır ki, son beş ildə parlamentdə ana müxalifət olan “Ermənistan” bloku Paşinyan hökumətinə heç bir ciddi problem yaratmayıb: Beləliklə, Paşinyan onların bu rolda daha beş il qalmasına etiraz etməzdi. “Eyni şeyi “Ermənistan” blokunun özü haqqında da demək olar. 

İşsiz qalmaqdansa, “Vətəndaş Müqaviləsi”nə qarşı əsas müxalifətdə qalmaq daha yaxşıdır. Lakin yeni vəziyyət- “Güclü Ermənistan” və Samvel Karapetyan hər ikisinə mane olur. Onların hər birinin mübarizəsi ona qarşı yönəlib. Lakin hər birinin öz yolu var. 

Nikol Paşinyan ritorikasını “köhnələr”ə qarşı mübarizə və keçmişə qayıtmaq təhlükəsi üzərində qurur. Robert Köçəryan hakimiyyətə qayıtmaq uğrunda mübarizə aparan bu keçmiş insanların ən görkəmli nümayəndəsidir”. 

Robert Köçəryan seçki siyahısına özünün başçılıq edəcəyini deyir və hesab edir ki, Ermənistanda və xaricdə özündən daha layiqli heç kimin olmadığı göz qabağındadır: 

“Paşinyan üçün Köçəryan ideal rəqibdir. O, ictimai şüurda zorakılığın və qanunsuzluğun sirayət etdiyi ədalətsiz, korrupsiyalaşmış, klan keçmişinin rəmzidir. Öz növbəsində, Köçəryan üçün Paşinyan eyni dərəcədə əlverişli bir rəqibdir. O, onu məğlubiyyətdə və təslim olmaqda, insanların həyatını yaxşılaşdırmaq və ölkəni çiçəklənməyə aparmaq üçün yerinə yetirilməmiş vədlərdə ittiham edir”. 

“Hraparak” qeyd edir ki, Köçəryanın “İnanıram ki, ölkəni bu vəziyyətdən məndən daha yaxşı heç kim çıxara bilməz” sözləri əslində Paşinyana deyil, Karapetyana ünvanlanmış mesajdır. Göründüyü kimi, Paşinyan parlamenti Rusiyayönümlü müxalifətdən “təmizləmək” planını dəyişib. 

Köçəryanın seçkilərdə siyasi aktivliyi həm Karapetyanın elektoratını parçalaya bilər, həm də eks-prezidentin hakimiyyətə qayıtmasını istəməyən seçicilərin səslərini Paşinyanın xeyrinə yönəltmiş olar. Lakin növbəti parlamentdə “Ermənistan” blokunun ana müxalifət yerlərini qazana biləcəyi şübhə doğurur. 

Əgər 2021-ci ildə “Ermənistan” bloku seçicilərin 21,4 faizinin səsini qazanmışdısa, indi reytinqi üç dəfəyə yaxın aşağı düşüb. Üstəlik, Köçəryanın elektoratının da bir qismi öz səslərini Karapetyana verəcək.
Müşfiq Abdulla 
“Cebheinfo.az”

Açar sözlər: Rusiya Paşinyan

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:158
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 03 Fevral 2026 14:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see460

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see343

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see261

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see252

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see242

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see223

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see220

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see209

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see203

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see197

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see196

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see196

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see196

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see192

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see190

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see184

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see170

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see165

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see164

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see152
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri