Rusiyanın axtarışa verdiyi qadın Bakı aeroportunda saxlanıldı
Tribuna saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Rusiya tərəfindən beynəlxalq axtarışa verilən Krasnodar vilayətinin sabiq hakimi Yelena Xaxalyeva Bakıda saxlanılıb.
Tribunainfo.az xəbər verir ki, bu barədə TASS-a hüquq-mühafizə orqanları məlumat verib.
“Krasnodarın sabiq hakimi Yelena Xaxalyeva Bakı hava limanında saxlanılıb. Bu barədə axtarışın təşəbbüskarı kimi Rusiya Federasiyasının hüquq-mühafizə orqanlarına məlumat verilib”, – agentliyin mənbəsi bildirib.
Məlumata görə, o, Bakıdan Dubaya səfər etmək istəyərkən saxlanılıb.
“Kommersant” nəşrinin məlumatında isə Rusiyanın onun ekstradisiyası ilə bağlı Azərbaycana müraciət ünvanlayacağı qeyd olunub.
Xaxalyeva dələduzluq və xidməti vəzifəsindən sui-istifadə etməkdə təqsirləndirilir. Onun 2016-2019-cu illərdə 127 iş günü işdə olmadığı və qanunsuz olaraq 1 milyon 195 min rubl maaş aldığı bildirilir.
2020-ci ilin yayında Xaxaleva çoxsaylı iştirak etmədiyi üçün Krasnodar vilayət məhkəməsinin hakimi statusundan məhrum edilib. Bundan əlavə, mediada sabiq hakimin diplomunun saxta olduğunu bildirən bir sıra xəbərlər tirajlanıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 27 Yanvar 2025 20:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















