Icma.az
close
up
RU
Rusiyanın ballistik raket manevri: Növbə nüvə silahındadır?

Rusiyanın ballistik raket manevri: Növbə nüvə silahındadır?

Bakupost portalından verilən məlumata görə, Icma.az xəbər yayır.


Rusiya Ukraynaya ballistik raketlər atmaqda davam edir. Dünən Rusiya qoşunları Ukrayna paytaxtına və vilayətə 24 ballistik raket, dörd "Sirkon/Oniks" raketi və 115 pilotsuz uçuş aparatı buraxıb.

Bakupost.az xəbər verir ki, nəticədə Kiyevdə ölənlərin sayı 17-yə, xəsarət alanların sayı isə 44-ə çatıb.

Ukrayna Prezidenti Volodimir Zelenski qeyd edib ki, zərbənin əsas hədəfləri mülki infrastruktur obyektləri, o cümlədən özəl müəssisələrin anbarları, pivə zavodu, tikinti materialları anbarları, logistika obyektləri, infrastruktur və dəmiryol vağzalı olub.

Baş verən bu olaylar göstərir ki, Ukraynada “Patriot” kimi raketdən müqdafiə qurğuları olmana qədər ballistik raketlərin öhdəsindən gəlməsi çətin olacaq. Qərb isə ələkeçirici raketlərin tədarükündə fəal rol oynamağa hələ ki, hazır görünmür. Həmçinin, Rusiyanın ballistik raket istehsalının əhəmiyyətli hissəsi hələ də sanksiyalar altına düşməyib.

Bəs Ukrayna bu vəziyyətdən necə çıxacaq?

Siyasi şərhçi Mehman Əliyev Bakupost.az-a bildirib ki, Rusiyanın addımlarına Ukraynanın da əməli formada cavabları olacaq:

“Müdafiəsi daha güclü olan İsrailin “Dəmir Gümbəzi”ni İran raketləri belə dəlib keçirdi. Kiyevin isə əslində elə də güclü müdafiə sistemi yoxdur. Həmçinin, Ukrayna ərazicə böyükdür və onu bu formada qorumaq çətindir. Amma düşünürəm ki, bütün hallarda baş verənlərə Ukraynanın da əməli formatda cavabı olacaq”.

Ekspertin fikrincə, Rusiya ballistik raketlərdən istifadə etməklə əslində süni şəkildə konflikti gərginləşdirir ki, nüvə silahından istifadə məsələsi gündəmə gəlsin:

“Artıq qırmızı xətt keçilib. Belədə vəziyyət gərginliyin daha da yüksəlməsinə, hətta nüvə silahının istifadə olunması astanasına gəlib çıxacaq. Onda da yüksək səviyyədə ABŞ-Rusiya danışıqları başlayacaq. Ondan sonra da müharibə dayandırılacaq”.

Müsahibimizin sözlərinə görə, Putin istəyir ki, danışıqları Ukrayna-Rusiya konflikti çərçivəsindən çıxarıb, beynəlxalq miqyasa çıxarsın:

“Bunun üçün də nüvə silahı məsələsi ortaya çıxmalıdır. Bu mənada fikrimcə, Kreml bunu bilə-bilə ballistik raketlərdən istifadəyə gedir. Məqsəd də müharibə ətrafında danışıqları ABŞ-Rusiya danışıqları müstəvisinə keçirməkdir. Burada Ukrayna məsələsi artıq ikinci dərəcəli məsələ olur. Çünki ortalığa nüvə təhlükəsilə əlaqədar olaraq, dünya təhlükəsizliyi məsələsi çıxır. Yəni ikinci Karib böhranı yaranır. Ukrayna isə burada Rusiyanın iri miqyaslı maraqlarını təmin etmək üçün bir vasitədir”.

Rüfət Sultan,

BakuPost


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 06 Avqust 2026 16:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həyatın görünməz tərəzisi Məryəm Bağırova yazır

18 Avqust 2026 14:25see632

İran ABŞ hərbçilərini bu tətbiqlə izləyir Açıqlama

17 Avqust 2026 20:03see531

Vəfat edən məşhur general Heydər Əliyev onu iclasda niyə tənqid etmişdi?

18 Avqust 2026 11:10see284

Nəhəng asteroid Yerə doğru gəlir? Kritik açıqlama

17 Avqust 2026 21:16see251

“Gözdə olan qara su zamanı itirilən görmə faizini geri qaytarmaq mümkün deyil” OFTOLMOLOQ

17 Avqust 2026 16:46see248

Kuşner: ABŞ və İran arasında təmaslar heç vaxt olmadığı qədər intensivdir

18 Avqust 2026 02:01see219

30 yaşdan sonrakı beyin...

17 Avqust 2026 21:08see200

Çin “Supermen” robotunu təqdim etdi

18 Avqust 2026 04:32see198

Şimali Makedoniyada Qərbi Nil virusundan 4 nəfər ölüb

19 Avqust 2026 01:53see198

Çelsi nin sabiq hücumçusu Premyer Liqaya qayıda bilər

17 Avqust 2026 21:00see191

İnstagram da 1,4 milyon izləyicisi olan azərbaycanlı qız (VİDEO)

19 Avqust 2026 04:49see181

Çin buna görə sürətlə inkişaf edib (Video)

18 Avqust 2026 05:05see176

Xaricdə həyat qurmaq üçün ən yaxşı 10 ölkə Siyahı açıqlandı gecə

19 Avqust 2026 05:06see173

Hücum təhlükəsi: Moskvada festival təxirə salındı

18 Avqust 2026 01:43see172

Azərbaycan əleyhinə danışan şəxs Rusiyada vəzifədən qovuldu

19 Avqust 2026 03:06see168

Müşfiq Ələsgərli: “Azərbaycanın geosiyasi əhəmiyyətinin artması Rusiyadakı mərkəzləri narahat edir”

19 Avqust 2026 01:51see165

Çində 5,9 bal gücündə zəlzələ baş verib

19 Avqust 2026 02:23see162

Azər Bağırov Qarabağ a məğlubiyyəti belə şərh etdi

17 Avqust 2026 23:42see154

Mustafa Abbasbəyli nazirlikdə yeni vəzifəyə TƏYİN EDİLDİ

19 Avqust 2026 01:35see152

Kuşner ABŞ İran razılaşmasının şərtlərini açıqlayıb

18 Avqust 2026 00:35see148
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri