Rusiyanın Belqorod su anbarının bəndi ciddi zədələndi: Təxliyə elan edildi
Oxu.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Rusiyanın Belqorod su anbarının bəndi Ukrayna Silahlı Qüvvələrinin zərbəsi nəticəsində zədələnib.
Oxu.Az-ın İnterfaks.ru-ya istinadən xəbərinə görə, bu barədə bölgə qubernatoru Vyaçeslav Qladkov "Telegram" kanalında məlumat verib.
Məlumata görə, zərbədən sonra bir neçə yaşayış məntəqəsinin su altında qalması təhlükəsi yaranıb.
"Düşmən daha bir zərbə endirərsə, bənd dağıla bilər. Əgər bu baş verərsə, Xarkov vilayəti istiqamətindən çay sahilinin və təxminən 1000 sakinin yaşadığı yaşayış məntəqələrində bir neçə küçənin su altında qalması təhlükəsi var", - deyə qubernator yazıb.
Daşqın riski altında olan ərazilərin sakinlərinə Belqoroddakı müvəqqəti yerləşmə məntəqəsinə getmələri tövsiyə olunub.
Belqorod su anbarı eyniadlı vilayətin Belqorodski və Şebekinski rayonları ərazisində yerləşir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:68
Bu xəbər 25 Oktyabr 2025 16:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















