Rusiyanın bir ayda verdiyi şok itkilər...
Icma.az bildirir, Axar.az portalına istinadən.
Ukrayna təkcə son bir ayda 20 minə qədər rus əsgərini öldürüb ki, bu da müharibənin ruslara nə qədər baha başa gəldiyinin göstəricisidir.
Axar.az xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio deyib.
Rubio bildirib ki, hazırda Vaşinqton iki müharibə edən dövlətin mövqeləri arasında “qızıl orta” tapmağa çalışır:
“Müharibə getdikcə ağırlaşır: ruslar hələ də özlərinin “üstünlükləri” olduğuna inanırlar, ukraynalılar isə Rusiya hərbçilərinə böyük zərbələr vuraraq müdafiə olunur”.
Dövlət katibi, iki tərəf arasında barışıq məsələsi mürəkkəb olduğunu, lakin ABŞ-ın üzərində işləməkdən əl çəkmədiyini qeyd edib:
“Bu, çətin məsələdir, amma biz üzərində işləməyə davam edəcəyik, çünki prezident hər zaman baş verməməli olan müharibəni dayandırmağı prioritet sayır”.
Baxış sayı:105
Bu xəbər 18 Avqust 2025 08:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















