Icma.az
close
up
RU
Rusiyanın böyük itkisi: döyüş gəmilərinin 30 faizindən çoxu məhv edilib

Rusiyanın böyük itkisi: döyüş gəmilərinin 30 faizindən çoxu məhv edilib

Reyting.az saytına istinadən Icma.az xəbər verir.


“Bir vaxtlar Rusiya Hərbi Dəniz Qüvvələrinin fəxri sayılan Qara Dəniz Donanması Ukraynadakı müharibədə fəlakətli itkilərlə üzləşib və döyüş gəmilərinin 30 faizindən çoxunu itirib. Qara Dəniz Donanmasının məhv edilməsi “Moskva” kreyserinin batması ilə başladı. Daha sonra pilotsuz təyyarələrin hücumları və Ukraynanın gəmi əleyhinə dəqiq raketləri Rusiya hərbi dəniz əməliyyatlarına zərbə vurdu”.
Reyting.az
xəbər verir ki, bu fikirləri ABŞ ordusunun keçmiş zabiti, alim və hərbi ekspert Brent Eastvood səsləndirib.
Onun sözlərinə görə, Qara Dəniz Donanması indi funksional olaraq qeyri-aktivdir, raket zərbələri endirmək və ya Ukraynanın cənubunda Rusiya qüvvələrini doldurmaq iqtidarında deyil.
B. Eastvood qeyd edib ki, Ukrayna taxıl ticarətinin bərpası ilə Rusiyanın dəniz strategiyası iflasa uğrayıb və bu, prezident Putinin münaqişədəki ən böyük hərbi uğursuzluqlarından biridir.
“Krım müharibəsindən bəri Rusiya Qara dənizi imperiyaya məxsus “Rus gölü” hesab edirdi. Bu, Ukraynadakı müharibə zamanı Rusiya donanmasının üstünlük arenası üçün lazım olan strateji su hövzəsidir. Müharibənin əvvəlində rus donanmasının üstünlüyü var idi. Hətta onun desant əməliyyatı keçirib Odessanı tuta biləcəyi ilə bağlı təkliflər də irəli sürülürdü. Lakin bu proqnozlar özünü doğrultmadı. Reallığın fərqli olduğu ortaya çıxdı”, - deyə ekspert əlavə edib.
Qeyd olunur ki, Rusiya donanması müasir raket kreyseri - “Moskva” flaqmanını itirməklə iflas dövrünə qədəm qoyub. 2022-ci ilin aprelində ukraynalılar onu “Neptun” gəmi əleyhinə raketlə batıraraq böyük asimmetrik və informasiya qələbəsi əldə edib. O vaxtdan bəri vəziyyət daha da pisləşib: ruslar Qara Dəniz Donanmasının çoxsaylı gəmilərini, o cümlədən 36 döyüş bölməsindən 15-ni - əsasən pilotsuz təyyarələrin hücumları səbəbindən itirib. Müharibədən əvvəl Qara dənizdə Rusiyanın 74 hərbi gəmisi var idisə, indi Rusiya onların 30 faizindən çoxunu itirib.
Xatırladaq ki, Britaniya Müdafiə Nazirliyi 2024-cü ilin yazında Qara Dəniz Donanmasının “funksional olaraq qeyri-aktiv” elan edib. Bu o deməkdir ki, Rusiya donanması Ukrayna şəhərlərini bombalaya və Ukraynanın cənub bölgələrini gücləndirici qüvvələrlə təmin edə bilmir. Eyni zamanda, Ukrayna Rusiya blokadasına faktiki son qoyaraq dəniz ticarətini tam bərpa etməyi bacarıb.
E. KAMAL

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:135
embedMənbə:https://reyting.az
archiveBu xəbər 04 Fevral 2025 13:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see212

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see195

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see173

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see165

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see154

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see152

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see150

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see150

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see141

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see135

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see131

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see130

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see129

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see127

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri