Rusiyanın bu vilayəti PUAların kütləvi hücumuna məruz qaldı
Publika.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Rusiyanın Saratov və Engels şəhərləri yanvarın 8-nə keçən gecə pilotsuz uçuş aparatları (PUA) tərəfindən kütləvi hücuma məruz qalıb.
Publika.az xəbər verir ki, bu barədə Saratov vilayətinin qubernatoru Roman Busargin öz Telegram kanalında bildirib.
Vilayət rəhbərinin sözlərinə görə, hücum nəticəsində xəsarət alan olmasa da, sənaye müəssisələrindən birinə ziyan dəyib.
“Fövqəladə hallar xidmətləri fəsadları aradan qaldırmaq üçün yerində işləyir”, - Busargin əlavə edib.
Bundan əvvəl Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov Ukrayna PUA-larının region səmasında hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edildiyini açıqlamışdı. O aydınlaşdırıb ki, Streletskoye kəndində pilotsuz uçan aparat tullantılarının yerə düşməsi nəticəsində fərdi yaşayış evinin dam örtüyü və fasadı zədələnib.
Tural
Baxış sayı:113
Bu xəbər 08 Yanvar 2025 09:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















