Rusiyanın daha bir şəhərində azərbaycanlılara qarşı təqiblər başlayıb VİDEO
Unikal.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Yekaterinburqdan sonra Voronejdə azərbaycanlılara qarşı təqiblər başlayıb.
"Unikal" xəbər verir ki, şahidlərin sözlərinə görə, bu yaxınlarda Alekseyevski bazarında məişət münaqişəsi süni şəkildə şişirdilib: rusiyalı sürücü yük boşaltma qaydalarına əməl etməkdən imtina edib, hədə-qorxu gəlməyə başlayıb və “rus icması” adlanan qrupdan radikalları çağırıb. Bundan sonra təqiblər başlayıb - azərbaycanlıları "bıçaqla hədələmək" və digər ölümcül günahlarda ittiham etdilər.
İndi bu bəhanə ilə sahibkarlara qarşı reydlər, həbslər, təzyiqlər aparılır. Azərbaycanlıları açıq şəkildə qorxudurlar, yük maşınlarını yandırmaqla, malları məhv etməklə hədələyirlər.
Reyd zamanı 450-dən çox şəxs yoxlanılıb. "Miqrasiya qanunvericiliyini pozma" ittihamı ilə 42 əcnəbi inzibati məsuliyyətə cəlb edilib, 17 nəfərə hərbi qeydiyyata alınması üçün çağırış vərəqələri verilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:75
Bu xəbər 29 İyun 2025 21:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















