Icma.az
close
up
RU
Rusiyanın deportasiya planının PƏRDƏARXASI Digər miqrantları şimali koreyalılar ƏVƏZLƏYƏCƏK?

Rusiyanın deportasiya planının PƏRDƏARXASI Digər miqrantları şimali koreyalılar ƏVƏZLƏYƏCƏK?

Bizim media portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Koreyadan olan miqrantların Rusiyaya axını tədricən artır. 2024-cü ildə minlərlə şimali koreyalı işçi Rusiyaya göndərilib. “Yonhap” agentliyi Milli Kəşfiyyat Xidmətinə istinadən məlumat yayıb ki, BMT Təhlükəsizlik Şurasının Şimali Koreyanın silah sınaqlarına cavab olaraq qəbul etdiyi qətnamələrə əsasən, bu ölkənin vətəndaşlarının xaricdə işləməsi qadağan olunub və bütün şimali koreyalı işçilərin 2019-cu ilin dekabrına qədər geri qayıtması tələb olunur.
Şimali koreyalıların Rusiyaya kütləvi axını
Rusiyanın Federal Statistika İnstitutunun (“Rosstat”) məlumatlarına əsasən, 2024-cü il ölkəyə 13221 şimali koreyalı daxil olub, 2023-cü ildə bu rəqəm 1117, 2022-ci ildə isə 223 nəfər olub.
2024-cü ildə 3098 nəfər iş məqsədilə, 53 nəfər turizm məqsədilə, 287 nəfər isə şəxsi məqsədlər üçün gəlib. 234 nəfər tranzit olaraq Rusiyadan keçib. Digər 1648 nəfər isə xidmət personalı olaraq qeyd olunub. Bu onu göstərir ki, Şimali Koreyadan Rusiyaya gələn miqrantların sayında artım baş verir.
 

MÖVZU İLƏ BAĞLI:
Ukrayna ordusundan uğurlu əməliyyat: 17 Şimali Koreya əsgəri məhv edildi - VİDEO


Halbuki Rusiya son zamanlar ölkədə miqrantlara qarşı sərt qanunlar tətbiq edir. Bu qanunlar xüsusən də qeyri-qanuni əmək fəaliyyətilə məşğul olanlara şamil edilir. Rusiya bu kimi sərt addımlarla ölkəyə gələn miqrantların sayının azalmasına çalışır. Amma digər tərəfdən bəlli olur ki, Şimali Koreyadan Rusiyaya miqrant qismində gələnlərin sayında ildən-ilə artımlar baş verir.
Digər miqrantları şimali koreyalılar əvəz edəcək?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında Milli Məclisin deputatı Azər Allahverənov bildirir ki, Rusiyada miqrantlara, xüsusən də qanunsuz miqrantlara qarşı həyata keçirilən siyasət ilk növbədə miqrantların sayının azalmasına yönəlik siyasətdir:
“Rəsmi orqanlar qanunsuz miqrantların sayının 800 minə qədər olduğunu bildirir. Onların da müəyyən qismi qeyri-qanuni əmək fəaliyyətilə məşğul olur. Bu o deməkdir ki, qanunsuz əmək fəaliyyətilə məşğul olanlar əmək bazarında hansısa seqmentləri tuta biliblər. Amma əmək resurslarına olan ehtiyacı bu və ya digər formada təmin etmiş olurlar.
Lakin bu qanun pozuntusudur. Əmək bazarında qeyri-qanuni fəaliyyətlə məşğul olanların sayının belədə kəskin azalacağını nəzərə alsaq, onların yerini qanuni şəkildə əmək fəaliyyətilə məşğul olan miqrantlarla doldurmaq istəyirlər. Bu miqrantlar da aşağı-yuxarı müəyyən seqmentlərdə öz mövqelərini tutub. Ona görə də Rusiya düşünür ki, kənardan qanuni şəkildə miqrant qəbul etsin”.
Həmsöhbətimiz qeyd edir ki, Rusiya indiki halda daha ucuz işçi qüvvəsi cəlb etməkdə maraqlıdır:
“O qəbildən olan miqrantlar ki, onlar həm məvacib nöqteyi-nəzərindən, həm də veriləcək sosial ianələrdən hökumətin yayına biləcəyi baxımından ucuz işçi qüvvəsi olsun. Bir neçə ay bundan əvvəl Moskvanın Hindistandan ucuz işçi qüvvəsi gətirməklə bağlı Dehli ilə danışıqlar apardığı barədə informasiya gedib. Amma bu Rusiya üçün müəyyən mənada məqbul sayılmır. O baxımdan ki, Rusiya üzərinə bu zaman onların təmin edilməsi üçün müəyyən öhdəliklər götürür”.
Deputat bildirib ki, Şimali Koreyadan olan miqrantlar həddən artıq ucuz işçi qüvvəsi hesab olunurlar:
“Şimali Koreyadan olan şəxslərin əmək fəaliyyətinə cəlb olunmasına gəldikdə, həmsöhbətimiz qeyd edir ki, Rusiyada onların fəaliyyətilə bağlı konkret qadağalar mövcuddur. Lakin buna baxmayaraq, Kreml həmin ucuz işçi qüvvəsini ölkəyə gətirməkdə maraqlıdır. Şimali Koreyadan olanlar isə həddən artıq ucuz işçi qüvvəsi hesab olunurlar.
Habelə, beynəlxalq müstəvidə onlarla bağlı müəyyən qadağalar da var. Ona görə də belə bir işçi qüvvəsi hətta minimum ehtiyaclarının ödənilməsi şərtilə də əmək fəaliyyətilə məşğul olmağa hazırdır. O baxımdan da Moskva Şimali Koreyadan gətiriləcək işçi qüvvəsindən istifadə barədə düşünür. Düzdür, bu hələlik elə də geniş miqyas almayıb, pilot layihəsi şəklində baş verir”.
A.Allahverənov bildirir ki, bu insanların işçi qüvvəsi kimi, müxtəlif fəaliyyətlərə cəlb olunması bəlkə də Rusiya üçün sərfəli variant ola bilər:
“Lakin qanunsuz miqrasiya ilə bağlı mübarizə hələ pik həddə çatmayıb. Pik həddə çatdıqda da əmək bazarında boşluqların şahidi olacağıq. Bundan sonra da Rusiya düşünürəm ki, ciddi şəkildə həmin addımları atacaq”.
Rüfət Sultan, Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:70
embedMənbə:https://bizim.media
archiveBu xəbər 12 Fevral 2025 13:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see223

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see204

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see178

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see132

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri