Icma.az
close
up
RU
Rusiyanın diplomatik pasportları imtiyazını itirir

Rusiyanın diplomatik pasportları imtiyazını itirir

Icma.az, Azpost portalına istinadən məlumatı açıqlayır.

“The İnsider” nəşrinin apardığı jurnalist araşdırmaları nəticəsində məlum olub ki, rusiyalı məmurların, Putinin dostlarının, həm də “FSB” generallarının övladlarının əksəriyyətinin diplomatik pasportları var.

“The Insider” nəşri yazır ki, Rusiyanın çox yüksək rütbəli məmurlarının övladları və “FSB”-nin generalları, milyarderlər, eləcə də Vladimir Putinin dostları heç bir ciddi maneə olmadan rahatlıqla öz diplomatik pasportlarından istifadə etməklə, xaricə, bir sıra Avropa ölkələrinə səfər ediblər.

Burada diqqət çəkən əsas faktor pasport olduğundan söhbət 10 və yaxud da 12-ci seriyalı pasportlardan gedir.

Nəşrin məlumatında bildirilir ki, hətta bu sənədlər məmurların ailə üzvlərində belə var.

Nəşr yazır: “Sergey Şoyqunun, Dmitri Medvedevin, Mixail Mişustinin, həmçinin bir çox Kreml oliqarxlarının övladlarında bu cür pasportlar olub, yaxud indi də var. Belə sənədlərdən rusiyalı milyarderlərin içində Oleq Deripaska ilə Əlişir Usmanov, “Rostec” şirkətinə rəhbərlik edən Sergey Çemezov, “Rosneft”-in rəhbəri olan İqor Seçin, prezidentin köməkçisi vəzifəsində çalışan, eləcə də “Ozero” kooperativinin üzvü olan Andrey Fursenko, həmçinin də Rus Pravoslav Kilsəsinin rəhbəri Patriarx Kirill istifadə ediblər.

Bundan əlavə, “The Insider” həmçinin də daha bir maraqlı məqamı aşkar ediblər. Nəşr yazır ki, “FSB” generalları Aleksandr Bortnikov, Sergey Beseda, Aleksey Sedov və Sergey Korolyov Rusiyanın Ukraynaya genişmiqyaslı işğalı başlamazdan az öncə diplomatik pasportlarla Fransaya, eləcə də İsveçrəyə uçmağa nail olublar.

“Formal olaraq diplomatik pasport rəsmi sənəddir və dövlət qulluqçuları bununla yalnız ezamiyyətdə uça bilər. Lakin onlar qayıtdıqdan sonra öz sənədlərini kadrlar şöbəsinə təqdim etməlidirlər. Ancaq bu qayda, təbii ki, hamıya da şamil olunmur. Diplomatik pasportla xüsusilə də mühüm şəxslərin harasa, mavi dənizin sahillərinə səyahətinə həmişə göz yumulub” – deyə Rusiyanın keçmiş hökumət rəsmisi nəşrə bildirib.

Rusiya məmurlarının iddiasına görə belə bir nümunə həmişə mövcud olub. Ancaq “The Insider” diplomatik pasportlardan bu cür istifadəni məqsədli bir sui-istifadə halı hesab edir. Lakin diplomatik pasport almaq hüququ olan şəxslərin tam siyahısı ancaq qanunla müəyyən edilə bilər. Nəşr yazır ki, rusların fikrincə, belə diplomatik sənədləri daşımaq hüququ verilən, həm də toxunulmazlığı təmin olunan şəxslərin siyahısına diplomatlarla yanaşı, missiyası rəsmən müəyyən edilən nazirlər, eləcə də deputatlar və başqaları daxildir. Üstəlik, onların dediyinə görə bu cür pasportlar “Rusiya Federasiyası Prezidentinin qərarı ilə” başqa şəxslərə də verilə bilər.

“The Insider” nəşri həm də qeyd edir ki, Rusiya-Ukrayna müharibəsi başlanandan və sanksiyalardan sonra belə diplomatik pasport artıq çoxlu imtiyazlar da vermir. Bir neçə müddətdir, bu cür pasportların sahiblərinin Şengen zonasına belə vizasız girişi dayandırılıb. Nəşrə danışan keçmiş rus diplomatı Boris Bondarevin sözlərinə görə, Rusiyanın tərəfindən təqdim edilən diplomatik pasport artıq öz sahiblərinə diplomatik imtiyazlar və toxunulmazlıq verə bilmir.

Oqtay Qorçu

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:240
embedMənbə:https://azpost.info
archiveBu xəbər 15 Noyabr 2024 09:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see743

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see307

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see287

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see280

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see276

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see263

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see252

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see249

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see246

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see242

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see230

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see218

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see210

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see206

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see206

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see205

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see201

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see199

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see197

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri