Rusiyanın Dneprə hücumu nəticəsində 12 nəfər yaralanıb
Icma.az bildirir, Apa.az portalına istinadən.
Rusiyanın Ukraynanın Dnepr şəhərinə hücumu nəticəsində 12 nəfər yaralanıb, yaşayış evlərinə və digər obyektlərə ziyan dəyib.
APA xəbər verir ki, bu barədə Dnepropetrovsk vilayət hərbi administrasiyasının rəhbəri Aleksandr Qanja “Telegram” kanalında məlumat yayıb.
Onun sözlərinə görə, hücum nəticəsində şəhərdə yanğın baş verib, özəl müəssisə və qarajlar zədələnib. Partlayış dalğası yaxınlıqdakı yaşayış binalarının pəncərələrini sındırıb.
Dnepr şəhərinin meri Boris Filatov isə hücum nəticəsində azı 9 yaşayış binasının zədələndiyini, təxminən 700 pəncərənin sındığını bildirib. Yaşayış binalarının həyətlərində avtomobillərin olduğu qarajlarda yanğınlar baş verib.
Son məlumata görə, hücum nəticəsində 12 nəfər yaralanıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:163
Bu xəbər 11 Sentyabr 2026 20:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















