Rusiyanın “Drujba” magistral neft kəmərinin işini təmin edən obyektə zərbə endirilib
Icma.az bildirir, Report.az saytına əsaslanaraq.
Rusiyanın Oryol vilayətində yerləşən Stalnoy Kon qəsəbəsindəki neft anbarına növbəti dəfə dron hücumu olub.
“Report” xəbər verir ki, bu barədə regionun qubernatoru Andrey Klıçkov teleqramda bildirib.
“Hazırda Oryol vilayəti yenidən düşmən PUA-larının kütləvi hücumuna məruz qalır və bunun nəticəsində Oryol bələdiyyə dairəsinin Stalnoy Kon qəsəbəsində yanacaq infrastrukturu obyektində yenidən yanğın baş verib”, – o qeyd edib.
Qubernator itkilər barədə məlumat olmadığını, yanğının nəticələrinin aradan qaldırılması üçün tədbirlər görüldüyünü vurğulayıb.
Xatırladaq ki, sözügedən neft anbarına öncəki hücum dekabrın 14-də olmuşdu. “Neft Kapital” onlayn nəşri həmin hadisəni şərh edərkən “Stalnoy Kon” neft anbarını sadəcə neft və neft məhsullarının saxlanma yeri deyil, “Drujba” magistral neft kəmərinin işini təmin edən bir obyekt olduğunu açıqlamışdı.
Ümumiyyətlə, “Stalnoy Kon”a pilotsuz uçuş aparatları ilə ilk zərbə 2022-ci ilin noyabrında endirilmişdi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:163
Bu xəbər 22 Dekabr 2024 07:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















