Icma.az
close
up
RU
Rusiyanın əhalisi bir ildə 600 min nəfər azalıb

Rusiyanın əhalisi bir ildə 600 min nəfər azalıb

Icma.az bildirir, Cebheinfo portalına istinadən.

Rusiyada əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin sayında son illərin ən kəskin azalması müşahidə olunur. 

2026-cı ilin əvvəli etibarilə ölkədə olan xaricilərin sayı 5,7 milyon nəfərə geriləyərək, əvvəlki illə müqayisədə təxminən 10 faiz azalıb.

"Cebheinfo.az" xəbər verir ki, rəsmi məlumatlara görə, 2025-ci ilin əvvəlində 6,3 milyon olan xarici əhali düz 600 min nəfər azalıb.

Ümumi əhalisi təxminən 146 milyon olan Rusiyada əcnəbilərin sayı 3,9 faizə qədər düşüb. Bu, təxminən hər 100 nəfərdən 4-nün xarici ölkə vətəndaşı olduğu mənasına gəlir.

Daxili İşlər Nazirliyinin Miqrasiya Xidməti Analitik İdarəsinin rəisi Aleksandr Perezogin "Rusiyanın yeni miqrasiya siyasəti" konfransında etdiyi çıxışında bu azalmanın əsas səbəblərindən birinin xarici vətəndaşlığı olan uşaqların sayındakı kəskin azalma olduğunu vurğulayıb.

Perezoginin açıqlamalarına görə, Rusiyada qeydiyyatda olan xarici uşaqların sayı son bir ildə təxminən dörddə bir nisbətində azalıb. Bu diqqətçəkən azalmanın arxasında isə yeni miqrasiya tənzimləmələri və ciddi nəzarət mexanizmləri dayanır.

Daxili İşlər Nazirliyinin sözçüsü İrina Volk qeyd edib ki, valideynlərin uşaqlarının qanuni yaşayışını və icbari təhsilə çıxışını təmin etməməsi halında, həmin şəxslər barəsində "arzuedilməz şəxs" qərarı verilə bilər.

28 yanvar 2026-cı il tarixdən etibarən qüvvəyə minən yeni qaydaya əsasən, xarici uşaqlara dair qeydiyyat məlumatları Daxili İşlər Nazirliyi ilə təhsil müəssisələri arasında birbaşa paylaşılmağa başlanıb.

Rəsmilər bu tətbiqin məqsədinin uşaqların təhsil ehtiyaclarının daha sürətli müəyyən edilməsi olduğunu bildiriblər. Lakin ekspertlər bu tətbiqin eyni zamanda ailələr üzərində bir nəzarət və təzyiq mexanizmi yaratdığına diqqət çəkirlər.

Moskva mərkəzli "Minuşkina i Partnery" hüquq bürosunun rəhbəri Anna Minuşkina bildirib ki, yeni sistemlə birlikdə miqrasiya qaydalarını pozan xaricilər birbaşa "nəzarət edilən şəxslər" reyestrinə daxil edilir və bu şəxslərin ölkədə qalması faktiki olaraq qeyri-mümkün hala gəlir:

"Yeni deportasiya rejimi çərçivəsində bank hesablarına ciddi məhdudiyyətlər gətirildi. Nikah yolu ilə leqallaşma kimi keçmişdə tez-tez istifadə olunan yollar da böyük ölçüdə bağlandı".

Ekspertlərin fikrincə, vizasız gələn xaricilər üçün qalma müddətinin ildə maksimum 90 günlə məhdudlaşdırılması da xarici əhalinin azalmasında mühüm rol oynayıb. Bu məhdudiyyət xüsusilə qonşu ölkələrdən gələn mövsümi işçi axınına ciddi zərbə vurub.

Bütün bu hadisələr Rusiyanın miqrasiya siyasətində yeni və daha məhdudlaşdırıcı bir dövrə qədəm qoyduğunu göstərir. Rəsmilər "qeyri-qanuni miqrasiya ilə mübarizə" və "ölkə təhlükəsizliyinin təmin edilməsi" bəhanəsi ilə gətirilən tənzimləmələrin qarşıdakı dövrdə də xarici əhalinin sayını azaltmağa davam edəcəyini proqnozlaşdırırlar. Rəsmi yekun məlumatların isə fevral ayı ərzində açıqlanması gözlənilir.

Nigar Hacılı 
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:192
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 30 Yanvar 2026 18:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see356

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see348

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see344

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see316

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see315

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see250

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see247

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see234

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see229

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see227

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see223

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see218

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see214

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see205

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see203

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see202

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see197

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see192

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see178

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri