Rusiyanın ən böyük kriptovalyuta şirkətinin rəhbəri həbs edilib
Yeniavaz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Rusiyanın ən böyük kriptovalyuta şirkəti olan “BitRiver”in təsisçisi və baş direktoru İqor Runets Moskvada hüquq-mühafizə orqanları tərəfindən həbs edilib.
Yeniavaz.com “Bloomberg”ə istinadən xəbər verir ki, o, aktivlərini gizlətməkdə və vergidən yayınmaq məqsədilə maliyyə sənədlərini saxtalaşdırmaqda ittiham olunur.
Moskva məhkəməsinin qərarı ilə iş adamı barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib və ona cərimə tətbiq edilib.
Eyni zamanda, Sibirdə bir neçə iri məlumat mərkəzinə sahib olan “BitRiver” şirkətinin ciddi maliyyə böhranı yaşadığı bildirilir. Şirkət artıq iflas prosesi ilə üz-üzədir.
“BitRiver” üçün problemlər 2022-ci ildə ABŞ hökumətinin şirkətə qarşı sanksiyalar tətbiq etməsindən sonra başlayıb. Sanksiyalar nəticəsində Yaponiyanın SBI bankı da daxil olmaqla, əsas xarici tərəfdaşlar şirkətlə əməkdaşlığı dayandırıblar.
Məlumata görə, hazırda “BitRiver”in yüksək rəhbər heyətinin təxminən 80 faizi şirkəti tərk edib. Qalan əməkdaşlar isə maaşların gecikdirilməsi ilə üzləşiblər. Bloomberg”in yazdığına görə, şirkətin maliyyə göstəriciləri ictimaiyyətə açıqlanmasa da, “BitRiver” mövcud borc öhdəliklərini yerinə yetirə bilmir və iflas qaçılmaz görünür.
Murad Məmmədov
Bu mövzuda digər xəbərlər:AB Rusiyanın ən böyük şirkətinin planlarını alt üst etdi
18 İyul 2025 21:01
Qırğızıstanda dövlət lotereya şirkətinin rəhbəri həbs edilib
05 Mart 2025 09:30
Rusiyanın məşhur şirkətinin informasiya sistemi DAĞIDILDI
28 İyul 2025 15:02
Rusiyanın Rosneft şirkətinin mənfəəti 70 faiz azalıb
29 Noyabr 2025 13:54
Milyonerin qətli: Ən böyük tibbi sığorta şirkətinin rəhbəri Nyu Yorkda güllələndi
05 Dekabr 2024 00:29
Baxış sayı:41
Bu xəbər 04 Fevral 2026 17:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















