Rusiyanın ən böyük neft emalı zavodlarından biri yanır
Reyting.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Rusiyanın Yaroslavl şəhərində “Slavnafta” şirkətinə məxsus “Yaroslavnefteorgsintez” neft emalı zavodunda yanğın baş verib.
Reyting.az-ın məlumatına görə, neft emalı zavodundakı güclü yanğının videoları “Astra” da daxil olmaqla Rusiyanın telegram kanalları tərəfindən paylaşılıb.
Yaroslavl vilayətinin qubernatoru Mixail Evraev yanğının baş verdiyini təsdiqləsə də, səbəbin pilotsuz təyyarə zərbəsi deyil, texnogen olduğunu vurğulayıb.
“Sakinlər bunun düşmən hücumunun nəticəsi ola biləcəyindən narahat idilər. Amma bu gün heç bir PUA görünməyib”, - o bildirib.
Qeyd edək ki, Ukrayna pilotsuz təyyarələri əvvəllər dəfələrlə Rusiya neftayırma zavodlarına zərbələr endirib, bu, istehsalın dayandırılmasına, yanacaq tədarükündə fasilələrə və yanacağın qiymətlərinin artmasına səbəb olub.
Son həftələr Ukrayna Rusiyanın neft emalı zavodlarına, boru kəmərlərinə və ixrac terminallarına hücum dalğalarına başlayıb. Bu hücumlar ölkənin ümumi daxili məhsulunun dörddə birini təşkil edən Rusiyanın geniş neft və qaz sənayesinə ciddi təsir göstərib.
V. QULİYEV
Bu mövzuda digər xəbərlər:Rusiyanın ən böyük zavodlarından biri olan Ryazan Neft Emalı Zavodu yanır
23 Oktyabr 2025 12:23
PUA lar Rusiyanın ən böyük neft emalı zavodlarından birini vurdu (VİDEO)
03 Mart 2025 10:54
Ukrayna Rusiyanın ən böyük neft emalı zavodlarından birini vurdu TƏCİLİ VİDEO
24 Yanvar 2025 03:52
Ən böyük neft emalı zavodlarından biri fəaliyyətini dayandırıb
17 Yanvar 2025 00:15
Ukrayna üçüncü dəfə Rusiyanın ən böyük neft emalı zavodlarından birinə zərbələr endirib
24 Fevral 2025 10:01
Baxış sayı:121
Bu xəbər 01 Oktyabr 2025 11:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















