Rusiyanın ən iri neft emalı müəssisələrindən biri vuruldu
Axar.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Ukrayna ordusu avqustun 22-nə keçən gecə Rusiyanın Samara vilayətində yerləşən "Novokuybışevsk" neft emalı zavodunun (NEZ) obyektlərini vurub.
Axar.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Teleqram kanalında məlumat yayıb.
Zərbədən sonra müəssisənin ərazisində yanğın baş verib, dəymiş ziyanın miqyası dəqiqləşdirilir.
Qeyd edək ki, "Novokuybışevsk" NEZ "Rosneft" SC-nin tərkibinə daxildir və Rusiyanın ən iri neft emalı müəssisələrindən biridir. Onun gücü ildə təxminən 8,8 milyon ton neft təşkil edir.
Müəssisə avtomobil və aviasiya yanacağı, dizel yanacağı və sürtkü materiallarının komponentləri daxil olmaqla, 20-dən çox növdə məhsul istehsal edir.
Bu mövzuda digər xəbərlər:Rusiyanın ən böyük neft emalı müəssisələrindən biri VURULDU
07 May 2026 18:23
Rusiyanın iri neft emalı zavodları vuruldu
28 Avqust 2025 11:54
Müdafiə Qüvvələri Rusiyanın ən iri neft emalı müəssisələrindən birini vurub Baş Qərargah
19 May 2026 18:00
Rusiyanın ən iri neft emalı zavodu BAĞLANDI
18 Noyabr 2025 22:16
Rusiyanın ən böyük neft terminalından biri vuruldu Foto
23 Mart 2026 12:06
Baxış sayı:149
Bu xəbər 22 Avqust 2026 14:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















