Icma.az
close
up
RU
Rusiyanın enerji obyektləri nə qədər zərər görüb? “10 faiz elə də böyük rəqəm deyil, amma...”

Rusiyanın enerji obyektləri nə qədər zərər görüb? “10 faiz elə də böyük rəqəm deyil, amma...”

Icma.az, Azpolitika.az saytına istinadən bildirir.

Ukrayna bir müddətdir Rusiyanın dərinliklərində neft və qaz istehsal obyektlərinə dron zərbələri endirir. Sənaye ekspertləri bu kampaniyanın Rusiyanın emal gücünün 10 faizini sıradan çıxardığını deyirlər. Kiyev isə zərbələri intensivləşdirməyi hədəfləyir.

Kolumbiya Universitetinin Qlobal Enerji Siyasəti Mərkəzindən Tatyana Mitrova hesab edir ki, 10 faiz elə də böyük rəqəm deyil. "Amma bu, artıq Rusiyada daxili yanacaq böhranında hiss olunmağa başlayır, emal olunmuş neft məhsulları ixracı azalır, ümumilikdə neft sektorunda gərginlik yaranır", – o əlavə edib.

Ukrayna yeni uzaqmənzilli dron texnologiyasına böyük sərmayə qoyub, "Lyutıy" dronları gizli buraxılış məntəqəsindən 2 min kilometrədək məsafəyə partlayıcı daşıya bilir. Ukraynanın PUA bölmələri daha ucuz FPV dronlarla kütləvi hücumlarda da təcrübə qazanıblar.

Qərb mediası yazır ki, hazırkı texnoloji irəliləyişlər Kiyevə, demək olar, hər gün Rusiyanın əsas neft və qaz obyektlərini vurmağa imkan verir. Ukrayna emal zavodlarını dəfələrlə vurur, Mitrova bunu vacib strategiya sayır. Rusiya isə bu arada təmir və bərpa işləri aparır.

Kiyev Rusiyanın 38 əsas istehsal kompleksinin azı yarısına zərbə endirib. Rusiya iyuldakı gündəlik 5.4 milyon barrel emal gücünü iki ay sonra 5 milyon barrelə salmağa vadar olub.

Mitrova onu da vurğulayır ki, Rusiya dünyanın üçüncü ən böyük neft emalı sisteminə və böyük ehtiyat gücünə malikdir. "Nəticələrin özünü göstərməsi illərlə çəkə bilər. Yəni Rusiya neft emalı sektorunun yaxın vaxtlarda çökməsindən danışmırıq, amma potensialının tükənməsi artıq başlayıb", – o əlavə edir.

Rusiyada istehlakçılar benzin çatışmazlığı ilə üzləşib, benzin ixracı isə qadağan olunub. Mitrovanın sözlərinə görə, Rusiya hazırda daha çox xam - daha az emal olunmuş neft ixrac edir, bu da ixrac gəlirlərini xeyli azaldır.

Mədən yanacaqlarının Rusiyanın iqtisadiyyatında rolu böyükdür, ilə 100 milyard dollar gəlir deməkdir. Ancaq bu rəqəm bir il öncəkindən təxminən 20 faiz aşağıdır. Bunu isə Enerji və Təmiz Hava Tədqiqatları Mərkəzi kimi qurumların sənaye analitikləri bildirir. Ukraynaya qarşı dörd ilə yaxındır gedən genişmiqyaslı işğal elə Rusiyanın xaricə qaz və neft satışları ilə maliyyələşir. Artıq bu sektor ABŞ və Aİ sanksiyalarının hədəfinə çevrilib. Amma Rusiyanın neft və qaz sektoruna həm iqtisadi, həm də hərbi zərbələrin döyüş meydanına təsir göstərəcəyini düşünmək sadəlövhlük olardı, - Mitrova deyir. Onun fikrincə, resurslar məhdudlaşanda Rusiya ordusu, bir qayda olaraq, növbədə birinci gəlir.

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Rusiyanın emal zavodlarına zərbələrin "ən effektiv, ən sürətli işləyən sanksiyalar" olmasından qəti əmindir.

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:111
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 01 Dekabr 2025 15:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see252

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see201

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see185

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see179

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see177

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see171

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see166

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see164

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see156

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see153

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see152

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see146

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see145

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see145

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see145

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see144

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see142

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri