Icma.az
close
up
RU
Rusiyanın Ermənistanı vuranı “məxfi silah ı Azərbaycan 2020 ci ildə elə bir şey edib ki...

Rusiyanın Ermənistanı vuranı “məxfi silah ı Azərbaycan 2020 ci ildə elə bir şey edib ki...

Icma.az, GlobalInfo portalına istinadən məlumat verir.

Bir qədər əvvəl Rusiya Prezidenti Vladimir Putinin qərarı ilə postsovet ölkələrində, o cümlədən Azərbaycanda Rusiyanın yumşaq güc siyasətinin koordinasiyası üçün yeni bir idarənin yaradıldığı açıqlanıb. Bu barədə “The Insider” nəşri araşdırma dərc edib. Bildirilir ki, həmin idarənin əsas məqsədi regionda Rusiyanın maraqlarını sistemli şəkildə irəli aparmaq, habelə “5-ci kolon” kimi tanınan daxili təsir mexanizmlərini genişləndirməkdir.

Globalinfo.az-a danışan politoloq Zeynal Əmrəliyev deyib ki, Rusiya zaman-zaman postsovet ölkələrində “5-ci kolon”un yaradılması və fəaliyyətinin gücləndirilməsi istiqamətində addımlar atıb:

“Daxildə özünə sadiq qruplar formalaşdırmaq və güclənməsinə xidmət etmək imperial keçmişə malik ölkələrin zehniyyətinə xas xüsusiyyətdir. Ancaq Moskva bu siyasəti daha açıq şəkildə həyata keçirir. Məsələn, postsovet ölkələri ilə münasibətlər bəzən ayrı-ayrı Kreml məmurlarına həvalə edilir.

Düzdür, Kreml iddia edir ki, bu, həmin ölkələrlə münasibətlərin yaxşılaşdırılmasına xidmət edir. Amma əsas məqsəd sözügedən məmurun rəhbərliyi altında Rusiya bağlı “5-ci kolon”un yaradılmasıdır. Kremlin postsovet məkanında yaratdığı ən güclü “5-ci kolon” isə Ermənistan və Ukraynada olub.

Vaxtilə Ukraynada rusmeyilli qüvvələr ölkəni parçalamaq üçün Regionlar Partiyası adlı siyasi təşkilatla ölkə siyasətinə daxil oldular. Rusiyanın böyük dəstəyi ilə bu partiya hakimiyyəti ələ keçirdi və lideri Viktor Yanukoviç prezident oldu. Sonradan isə ölkənin Qərblə yaxınlaşmasının qarşısını alıb, onu Moskvanın maşasına çevirmək istədiyi üçün 2014-cü il Maydan hadisələri zamanı devrildi. “Yumşaq gücü”nün devrildiyini görən Rusiya dərhal Ukraynaya müdaxilə etdi və ərazisini işğala başladı. Bu gündə dəhşətli müharibə davam edir”.

Politoloq qeyd edib ki, Ermənistanda Rusiyanın köməyi ilə “Qarabağ klanı” çevriliş edərək 1998-ci ildə hakimiyyətə gəldi:

“Bu çevrilişə qarşı çıxan Ermənistan siyasətçiləri parlamentə basqında öldürüldü. Uzun illər Ermənistan Rusiyanın forpostu olaraq fəaliyyət göstərdi. 2018-də Nikol Paşinyan hakimiyyətə gəldikdən sonra ölkəni bu qüvvələrdən təmizləməyə səy göstərsə də, hələ də istədiyinə nail ola bilməyib”.

Zeynal Əmrəliyev qeyd edib ki, Azərbaycanda müxtəlif sahələrdə çalışan şəxslərin “5-ci kolon”un nümayəndəsi olduğu barədə məlumat var idi:

“Lakin Azərbaycan dövlətinin qətiyyəti sayəsində əsasən Vətən müharibəsi dövründə zərərsizləşdirildilər. Onlara qarşı mübarizə davam edir. Moskva yenidən postsovet ölkələrində “5-ci kolon”lar yaratmaq istəyir. Çünki əvvəlkilər artıq deşifrə olub, ancaq bu heç də Rusiyanın qaba gücdən imtinası anlamına gəlməməlidir. Moskva lazım gələndə müdaxilədən belə çəkinmir. “5-ci kolon”un məqsədi kimi həmin dövləti içdən məhv etmək və Rusiyanın gələcəkdə oranı öz təsir dairəsinə salmasına şərait yaratmaqdır”.

Turan Rzayev
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:61
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 23 Sentyabr 2025 16:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see161

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see161

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see160

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see156

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see151

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see150

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see149

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see149

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see147

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see144

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see139

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see138

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see137

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see133

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see132

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see130

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see130

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see128

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see126

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri