Rusiyanın hava zərbələri nəticəsində Ukraynada 1 nəfər ölüb, 8 nəfər xəsarət alıb
Apa.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Rusiya ordusunun hava zərəbələri nəticəsində Ukraynaın Jitomir vilayətində ikisi uşaq olmaqla 6 nəfər xəsarət alıb.
APA xəbər verir ki, bu barədə “RBK-Ukraina” məlumat yayıb.
Jitomir vilayəti Hərbi Administrasiyasının məlumatına görə, vilayət ərazisi artıq ikinci gündür ardıcıl olaraq hava hücumlarına məruz qalır. Son gecə vilayət ərazisində qanadlı raketlərin və kamikadze dronların bir neçə dəfə hədəfə dəyməsi və ya onların qalıqlarının düşməsi qeydə alınıb. Hücum zamanı yaşayış evlərinə, mülki özəl müəssisələrə və bir mağazaya ciddi ziyan dəyib.
Eyni zamanda, paytaxt Kiyevin Svyatoşın rayonunda raket və ya dron qalıqları yaşayış binasının yaxınlığına düşüb. Kiyev meri bildirib ki, həmin rayonda iki nəfər xəsarət alıb və hazırda fövqəladə xidmətlər hadisə yerinə cəlb olunub.
Kiyev vilayətində isə hücum daha ağır nəticələrə səbəb olub. Vilayətin Vişhorod rayonunda hücum nəticəsində iki mərtəbəli fərdi yaşayış evində yanğın baş verib. Kiyev Vilayət Hərbi Administrasiyasının rəhbəri Mikola Kalaşnikin verdiyi məlumata görə, hadisə zamanı yaşlı bir qadın həyatını itirib. Daha üç nəfər xəsarət alıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:51
Bu xəbər 23 Dekabr 2025 11:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















