Rusiyanın hərb maşınını belə dayandıra bilərik Tramp Qərbə SƏSLƏNDİ
Icma.az, GlobalInfo portalına istinadən məlumat verir.
ABŞ Prezidenti Donald Tramp Avropa liderləri ilə keçirdiyi görüş zamanı Rusiya əleyhinə sanksiyalarla bağlı Vaşinqton və Qərbin birgə addım atmasını təklif edib.
Globalinfo.az xəbər verir ki, bu barədə Finlandiya Prezidenti Aleksandr Stubb jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, yaxın 24 saat ərzində Avropa Komissiyasının rəhbəri Ursula von der Leyen Rusiya nefti və qazına qarşı mümkün sanksiyaları Donald Trampla müzakirə edəcək.
Həmçinin oxuyun:
Rus döyüş maşınını belə dayandıra bilərik – Zelenski
“Trampın yanaşması bundan ibarətdir ki, biz sanksiya siyasətində birgə hərəkət etməliyik və bu gün iqtisadi vasitələrlə Rusiyanın hərbi maşınını dayandırmağın yollarını axtarmalıyıq. Bu kontekstdə əsas hədəflər neft və qaz sektorudur. Tramp böyük ölçüdə birgə sanksiya siyasətinin tərəfdarıdır”, – deyə Stubb vurğulayıb.
Xatırladaq ki, bu gün Parisdə Fransa, Danimarka, Polşa, Finlandiya liderləri və Avropa Komissiyasının iştirakı ilə Ukraynaya təhlükəsizlik zəmanətləri ilə bağlı görüş keçirilib. Görüşdə ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff da iştirak edib. Almaniya hökuməti isə görüşdən sonra bəyan edib ki, Ukraynaya dəstəyin artırılmasına və müharibə başa çatdıqdan sonra təhlükəsizlik zəmanətlərinin təmin edilməsində öz rolunu oynamağa hazırdır.
Əliyar Xəlil
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:74
Bu xəbər 04 Sentyabr 2025 21:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















