Icma.az
close
up
RU
Rusiyanın hərəkətləri strateji tərəfdaşlıq prinsiplərinə ziddir Deputat

Rusiyanın hərəkətləri strateji tərəfdaşlıq prinsiplərinə ziddir Deputat

Icma.az bildirir, Redaktor.az saytına əsaslanaraq.

Bildiyiniz kimi, Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiyası bəyan edib ki, Prezident İlham Əliyevin 27 avqustda “Əl-Ərəbiyyə”yə verdiyi müsahibədən sonra Rusiyadan Azərbaycana qarşı saxtalaşdırılmış və təhrif olunmuş məlumatlar əsasında kütləvi informasiya kampaniyası başlanıb. Kampaniya televiziya, xəbər saytları, sosial şəbəkələr, botlar və hədəfli reklamlar vasitəsilə aparılır, Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı təhdidedici fikirlər yayılır.

Rusiya rəsmiləri niyə belə qeyri-dost hərəkətlərinin qarşısını almır?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Allahverənov bildirdi ki, Rusiya-Azərbaycan münasibətlərinə, xüsusilə 2024-cü ilin dekabrından, AZAL təyyarəsinin vurulmasından başlayaraq baş verən proseslərə nəzər salsaq, görərik ki, Rusiyanın bu cür hərəkətləri strateji tərəfdaşlıq prinsiplərinə ziddir.

"Belə bir hadisə ilə bağlı Rusiya tərəfi üzr istəməli, təzminat verməli və məsuliyyət daşıyan şəxsləri cəlb etməli idi. AZAL təyyarəsinin vurulmasına görə günahkarlar artıq məlumdur, hadisənin xronikası açıqlanıb və ICAO-nun tələblərinə uyğun yekun hesabat yaxın zamanda dərc olunmalıdır. Lakin Rusiya bu mövzuda üzr istəməkdən uzaq bir mövqe sərgilədi və qeyri-dost hərəkətləri göstərdi. Daha sonra bu vəziyyətdən müəyyən dairələr fərqli kontekstdə istifadə etməyə başladı. Hibrid təhdidlər və informasiya müdaxilələri, anti-Azərbaycan narrativləri, Z-bloggerlər və təbliğatçılar vasitəsilə dövriyyəyə buraxıldı. Bu dairələr Rusiyanın Azərbaycanla münasibətlərinin soyuqluğundan faydalanmaq və Azərbaycanı təxribata çəkmək məqsədini güdürdülər. Rusiya siyasi elitası monolit olmadığından, Kremlin müxtəlif qüvvələri arasında fərqli yanaşmalar mövcuddur".

Deputat əlavə etdi ki, bəzi qüvvələr Azərbaycanla münasibətləri kəskinləşdirməkdə maraqlıdır, bəzi hallarda isə onlar ümumi siyasətə təsir edə biləcək addımlar atırlar.

"AZAL təyyarəsinin vurulması bir səhv nəticəsində baş vermiş ola bilər, lakin situasiyanı düzgün məcraya yönləndirmək mümkün idi. Rusiya kimi böyük dövlət üçün təzminat və digər tədbirlər elə də çətin məsələ deyildi. Amma imperiyapərəst qüvvələr vəziyyəti daha da kəskinləşdirməyə və Azərbaycana təzyiq vasitələri ilə düşmən obrazı yaratmağa çalışdılar. Diaspor təşkilatlarına qarşı sərt siyasət, vətəndaşlıqdan məhrum etmələr, həbs və iqtisadi maraqların bölüşdürülməsi də bu kontekstdə baş verir. Rəsmi Moskva bu prosesi tam idarə edə bilmir, müxtəlif qüvvələr öz siyasətlərini tətbiq edir və münasibətləri daha da kəskinləşdirməyə çalışırlar. Buna baxmayaraq bəzi hallarda Rusiya Prezidenti və ona yaxın şəxslər Azərbaycanla münasibətlərin normallaşdırılmasında maraqlı olduqlarını göstərirlər. Məsələn, diplomatik jestlər, Həştərxanda keçirilən toplantılarda ortaq məxrəcə gəlmək və nəqliyyat, logistika, enerji sahəsində razılıqlar buna nümunədir.

Göründüyü kimi, Azərbaycanla münasibətlərin pisləşməsində maraqlı olan qüvvələrlə yanaşı, münasibətlərin normallaşmasını istəyən qüvvələr də var. Əgər Rusiya AZAL təyyarəsi ilə bağlı məsuliyyəti qəbul edər, hibrid təhdidlərin qarşısını alar, diaspor üzərindəki təzyiqləri azaldar və bir çox məsələləri hüquqi müstəvidə həll etməyə başlasa, Azərbaycanpərəst qüvvələr üstünlük qazanacaq və münasibətlər yenidən normal məcraya qayıda bilər", - deyə millət vəkili bildirdi.

Xədicə BAXIŞLI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:70
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 03 Sentyabr 2025 16:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Stəndapçı: “Uill Smit bacarmasa, Yannik Sinner rolunu oynamağa hazıram” FOTO

18 Oktyabr 2025 03:13see188

Məhkəmədə Ermənistan vətəndaşlarının cinayət xarakterli məlumatlar tədqiq olunub FOTO

17 Oktyabr 2025 20:37see154

Bakıda bal yarmarkası fəaliyyətə başlayır

17 Oktyabr 2025 13:46see151

“Ağır çantalar uşaqlarda onurğa əyriliyinə gətirib çıxarır” EKSPERT DANIŞDI

17 Oktyabr 2025 11:50see143

Trampdan sonra Vens də İsrailə gedir

18 Oktyabr 2025 16:58see140

Tramp: Hazırda Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi üçün ən münasib vaxt deyil

17 Oktyabr 2025 03:21see134

Xaçmaz Rayon Prokurorluğunda “Açıq Qapı” Günü Keçirilib

17 Oktyabr 2025 11:35see131

Pəncərələri qış rejiminə necə keçirtmək olar?

18 Oktyabr 2025 04:47see131

Orban Putin Tramp görüşü barədə: Biz hazırıq!

17 Oktyabr 2025 04:35see130

Ramiz Mehdiyev İlham Əliyevə qarşı sui qəsd PLANLAŞDIRIB Sensasion iddia

17 Oktyabr 2025 22:34see129

“Xocalı Balı” ilk dəfə bal yarmarkasında alıcılara təqdim olunub REPORTAJ

18 Oktyabr 2025 14:09see127

Məhkəmədə həmin məlumatlar da tədqiq olundu Fotolar

17 Oktyabr 2025 20:42see127

İlham Əliyevdən Xəzəryanı ölkələrə ÇAĞIRIŞ

18 Oktyabr 2025 10:48see125

DNT testi bütün həyatını dəyişdi: Uşağının əsl atası məlum oldu

17 Oktyabr 2025 14:24see124

Neftinin qiyməti 1 dollar ucuzlaşdı

18 Oktyabr 2025 10:51see124

Tanınmış logistika şirkəti iflas etdi

18 Oktyabr 2025 03:04see123

Çin polisinin ağıllı köməkçiləri: Təhlükəsizliyi robot itlər qoruyacaqlar

18 Oktyabr 2025 06:32see123

ChatGPT yə verilməsi qadağan edilən 8 sual SİYAHI

18 Oktyabr 2025 02:52see123

Rusiya 4 bölgə üzərində 23 Ukrayna PUA sını vurub

17 Oktyabr 2025 04:22see121

“Borussiya” yenə uduzdu

18 Oktyabr 2025 03:34see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri