Icma.az
close
up
RU
Rusiyanın HHM i tükənib: Yalnız Moskva... Hamblinq

Rusiyanın HHM i tükənib: Yalnız Moskva... Hamblinq

Icma.az bildirir, Axar.az saytına əsaslanaraq.

Ukrayna dronlarının ardıcıl hücumlarını dəf etməyə çalışan Rusiya hava hücumundan müdafiə (HHM) qüvvələrinin sursatı tükənmək üzrədir. Rusiyanın bir çox bölgəsində neft emalı zavodları və digər obyektlər demək olar ki, müdafiəsiz qaldığı halda, HHM qüvvələri əsasən Moskvanın qorunmasına cəmləşdirilib.

Axar.az xəbər verir ki, bunu müdafiə texnologiyaları üzrə ekspert David Hamblinq "Forbes" üçün yazdığı məqalədə qeyd edib

Bildirilir ki, Rusiyada raket çatışmazlığının geniş yayılmış xarakter aldığı və getdikcə daha da ağırlaşdığına dair əlamətlər var.

Ekspert vurğulayıb ki, dünyada heç bir ordunun Rusiya qədər çoxsaylı mobil zenit-raket sistemləri ehtiyatı yoxdur. NATO orduları adətən havada üstünlüyə malik olduqları fərziyyəsi ilə fəaliyyət göstərirlər, ruslar isə hələ sovet dövründən mobil raket sistemlərinə böyük vəsait yatırıblar:

“ABŞ-ın cəmi bir neçə yüngül “M-ŞORAD” və “M1097 Avenger” sistemi olduğu halda, rus ordusunda yüzlərlə ağır texnika mövcuddur. Bunlara tırtıllı “Tor-M” və səkkiztəkərli “Pantsir-S” kompleksləri daxildir. Bu sistemlər qırıcı təyyarələr, hücum helikopterləri və qanadlı raketlər də daxil olmaqla müxtəlif hava təhdidlərinin qarşısını almaq üçün nəzərdə tutulub.

Ukraynanın “Fire Point F-1” və “An-196” “Lyutıy” dronları yüksək sürət və manevr qabiliyyəti ilə seçilməsə də, Rusiya HHM sistemi onları həmişə zərərsizləşdirə bilmir”.

Bundan əlavə, Hamblinq xatırladıb ki, belə PUA-ların qiyməti təxminən 60 min dollar olduğu halda, “Tor” kompleksi tərəfindən buraxılan 9M330 raketinin qiyməti 600 min dollardan bir qədər çoxdur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:90
embedMənbə:https://axar.az
archiveBu xəbər 08 May 2026 08:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see396

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see383

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see377

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see374

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see354

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see353

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see335

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see335

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see315

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see313

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see308

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see297

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see267

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see229

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see222

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see220

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see209

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see207

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see207

Dərmanlar da icbari tibbi sığortaya daxil edilir Kimlər faydalanacaq?

20 Noyabr 2026 22:21see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri