Rusiyanın iki böyük neft zavodunu vurduq Zelenski
Azpolitika.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin Konstitusiya Günündə Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın daxilindəki strateji obyektlərə növbəti uğurlu zərbələr endirdiyini bəyan edib.
"AzPolitika" xəbər verir ki, Ukrayna lideri ordunun bu gecə Rusiyanın iki böyük neft emalı zavodunu (NEZ) hədəf aldığını bildirib.Zelenski qeyd edib ki, zərbələr nəticəsində cəbhə xəttindən təxminən 300 kilometr məsafədə yerləşən Krasnodar vilayətindəki "Slavyanski" NEZ və Ukrayna sərhədindən 700 kilometr uzaqlıqda olan Yaroslavl vilayətindəki digər bir neft zavodu vurulub.
Ukrayna Prezidenti bu əməliyyatları "uzaqmənzilli sanksiyalar" adlandıraraq Rusiyanın hərbi potensialının zəiflədilməsində mühüm rol oynadığını vurğulayıb: "Biz Rusiyanın bu müharibəni aparmaq imkanlarını zəiflədən əməliyyatlarımızı davam etdiririk. Hər bir uzaqmənzilli sanksiyamız Rusiya hərbi maşınına xidmət edən resursların azalması və sülhə doğru atılan daha bir addımdır. Rusiya terroruna bundan sonra da cavab verəcəyik".
Zelenski əməliyyatda iştirak edən ukraynalı hərbçilərə və ölkəsinə dəstək verən hər kəsə təşəkkürünü bildirərək, Ukraynanı müdafiə edən hər bir döyüşçünün həm də dövlət Konstitusiyasının gücünü təsdiqlədiyini qeyd edib.
"AzPolitika.info"
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:141
Bu xəbər 28 İyun 2026 11:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















