Icma.az
close
up
RU
Rusiyanın “iqtisadi gücü” mifi dağılır: hakimiyyət dairələri panikada

Rusiyanın “iqtisadi gücü” mifi dağılır: hakimiyyət dairələri panikada

Icma.az, Ayna saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ekspert: “Rusiyanın pul siyasətinə dəyişikliklər layihəsi bu, ölkənin maliyyə sisteminin böhran içində olduğunu göstərir”

“Rusiyanın ideoloji təbliğatının əsas komponentlərindən biri iqtisadi sabitlik və maliyyə müstəqilliyi illüziyasının yaradılmasıdır. Kreml həm öz əhalisini, həm də beynəlxalq ictimaiyyəti Rusiya iqtisadiyyatının sanksiyalara, müharibəyə və beynəlxalq təcrid vəziyyətinə baxmayaraq böyüməyə davam etdiyinə inandırmağa çalışır. Ancaq Rusiya Bankının faktiki iqtisadi addımlarına nəzər salsaq, vəziyyət tamamilə fərqli görünür”. Bu sözləri Ukrayna Milli Strateji Araşdırmalar İnstitutunun Xarici Siyasət Araşdırmaları Mərkəzinin baş məsləhətçisi İvan Us Rusiya iqtisadiyyatının vəziyyəti barədə yazdığı analitik məqalədə qeyd edib.

Ekspert qeyd edib ki, bu yaxınlarda Rusiyanın “Telegram” kanallarında 2025-2027-ci illər üçün Rusiyanın pul siyasətinə dəyişikliklər layihəsi dərc edilib: “Bu, ölkənin maliyyə sisteminin böhran içində olduğunu, dövlətin onu ayaqda saxlamaq üçün məcburi tədbirlərə əl atmağa məcbur olduğunu göstərir. Bu tədbirlər bazar iqtisadiyyatı prinsiplərinə zidd olmaqla yanaşı, həm də birbaşa hakimiyyət dairələrində panikadan xəbər verir. Çünki birincisi, Rusiya Mərkəzi Bankı maliyyə xidmətləri, xüsusən də pul köçürmələri və ödəniş infrastrukturundan istifadə tariflərini əhəmiyyətli dərəcədə artırmağı planlaşdırır. Bu qərarın rəsmi əsaslandırılması əməliyyat xərclərinin artması və sistemin modernləşdirilməsinin zəruriliyidir. Maliyyə xidmətlərinin qiymətinin artması adi vətəndaşları və biznesləri vuracaq və onları hökumətin səhv hesablamalarına görə ödəməyə məcbur edəcək. İkincisi, sənəddə xaricə pul köçürmələri ilə bağlı ciddi məhdudiyyətlər var. Güman edilir ki, fiziki və hüquqi şəxslər beynəlxalq köçürmələri yalnız müəyyən edilmiş limitlər çərçivəsində həyata keçirə biləcək, bəzi əməliyyatlar isə ümumiyyətlə qadağan olunacaq. Bu, birbaşa sübutdur ki, Rusiya rejimi kapital axınından qorxur və hər vasitə ilə pulu ölkə daxilində saxlamağa çalışır. Sual olunur, iqtisadiyyat stabildirsə, o zaman belə məhdudiyyətləri niyə tətbiq etmək lazımdır?”.

“Digər mühüm məqam bankların və maliyyə qurumlarının aktivlərinin dövlət istiqrazları ilə məcburi şəkildə dəyişdirilməsidir. Bu o deməkdir ki, biznes kreditləşməsinə və ya digər investisiya layihələrinə yönəldilə bilən vəsaitlərin bir hissəsi dövlət borcunun maliyyələşdirilməsinə yönəldiləcək. Əslində hökumət maliyyə sektorunu müharibəni və büdcə kəsirini maliyyələşdirməyə məcbur edir. Bu addım yalnız iqtisadi durğunluğu artıracaq, kredit imkanlarını azaldacaq və bank sistemi üçün əlavə risklər yaradacaq”, - Us əlavə edib.

Onun sözlərinə görə, real problemləri gizlətmək üçün Rusiya Bankı bildirir ki, iqtisadiyyatı guya sabitləşdirmək üçün əsas faiz dərəcəsi dəyişməz qalacaq: “Bununla belə, praktikada bu, biznes və əhali arasında çaxnaşmadan qaçmaq cəhdidir. Çünki dərəcənin istənilən kəskin artması iqtisadiyyatda daha böyük problemlərə işarə ola bilər. Beləliklə, Rusiya Bankının yeni tədbirlərinin təhlili ölkədə iqtisadi vəziyyətin elan edilmiş sabitlikdən uzaq olduğunu göstərir. Dövlət artan tariflər şəklində yeni vergilər tətbiq edir, vətəndaşların maliyyə azadlığını məhdudlaşdırır, bankları dövlət borc öhdəliklərini almağa məcbur edir”.

“Belə siyasət uzunmüddətli ola bilməz və zaman keçdikcə onun nəticələri Rusiyanın özü üçün daha da dağıdıcı olacaq. Bunlar Ukraynanın beynəlxalq ictimaiyyətə çatdırmalı olduğu faktlardır. Kiyev daxili maliyyə böhranı vəziyyətində olan Rusiyanın “iqtisadi gücü” mifini məhv etməlidir”, - ekspert fikrini yekunlaşdırıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:300
embedMənbə:https://ayna.az
archiveBu xəbər 20 Fevral 2025 19:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see319

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see319

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see316

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see312

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see294

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see293

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see278

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see275

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see269

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see269

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see267

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see265

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see259

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see256

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see254

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see243

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see240

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see235

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see219

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see211
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri