Rusiyanın İranda daha bir konsulluğu BAĞLANDI
Icma.az, Redaktor.az saytına istinadən bildirir.
İrandakı münaqişə səbəbindən Rusiyanın İsfahandakı Baş Konsulluğu fəaliyyətini dayandırıb.
Redaktor.az xəbər verir ki, bu barədə diplomatik qurumun məlumatında deyilir:
"Mövcud vəziyyətlə əlaqədar olaraq, Rusiyanın İsfahandakı Baş Konsulluğu fəaliyyətini müvəqqəti olaraq dayandırır. Konsulluq qəbulunun bərpası daha sonra elan ediləcək".
Rusiya vətəndaşlarına kömək üçün qaynar xəttə zəng etmələri tövsiyə olunub.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın sözlərinə görə, bundan əvvəl, 8 martda Baş Konsulluq yaxınlıqdakı vilayət qubernatorunun ofisinə edilən hücum nəticəsində zərər görüb.
O, ofis binasında və yaşayış mənzillərində pəncərələrin sındığını və bir neçə işçinin partlayış dalğası nəticəsində geri yıxıldığını, lakin ölən və ya ciddi xəsarət alan olmadığını bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:141
Bu xəbər 15 Mart 2026 20:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















