Icma.az
close
up
RU
Rusiyanın İranla bağlı təklifi İsrailə nə vəd edir?

Rusiyanın İranla bağlı təklifi İsrailə nə vəd edir?

Oxu.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İsrailin İran ərazisinə endirdiyi zərbələrdən sonra bölgədə gərginlik ciddi şəkildə artıb. Bu fonda Kremldən maraqlı bir təklif təqdim olunub: Rusiya İran və İsrail arasında vasitəçi olmağa hazır olduğunu bildirib. Təklifin əsas məğzi budur ki, Moskva İranın zənginləşdirilmiş uranını qəbul etməyə, onu mülki reaktorlar üçün enerji məqsədli yanacağa çevirməyə və nəticə etibarilə İranın nüvə proqramı ilə bağlı beynəlxalq narahatlıqları azaltmağa razıdır.

Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə Türkiyənin nüfuzlu "Haber Global" kanalının hazırladığı süjetdə bildirilir.

Qeyd edilib ki, bu cür mexanizm əslində gərginliyin azaldılmasına real töhfə verə bilər. Çünki təklif İranın mübahisəli zənginləşdirilmiş uran ehtiyatını aradan qaldırmaq məqsədi daşıyır. Beləliklə, İsrailin "nüvə təhlükəsi" arqumenti zəifləyər və diplomatik danışıqlar üçün imkanlar yarana bilər.

Lakin burada əhəmiyyətli sual yaranır: bu təşəbbüsün məqsədi həqiqətən gərginliyi azaltmaqdırmı?

Hazırda İsrail üçün yaranan fürsət - yəni İranı bu qədər rahat şəkildə hərbi hədəfə almaq imkanı asanlıqla əlindən verəcəyi bir fürsət deyil.

"Təsəvvür edin ki, Rusiya İran və ABŞ arasında vasitəçilik etdiyi bir ssenari gerçəkləşir. Belə bir halda qarşıdurma sona çatar və İranın nüvə fəaliyyəti bir anda gündəmdən çıxar. Regionda yeni bir sakit mühit formalaşar və Rusiyanın daha çox daxil olduğu bir İran mənzərəsi ortaya çıxar.

Bu ssenaridə İran yenidən bölgəyə inteqrasiya olunmağa başlayar, daha "idarəolunan" bir İran rejimi formalaşar, ölkə yeni beynəlxalq münasibətlər qurmağa başlayar və iqtisadi fəaliyyəti davam edər. Bu da İranda mövcud rejimin və dövlət aparatının güclənməsi üçün yeni fürsətlər yaradar.

Əlbəttə, prosesin gələcəkdə hara yönələcəyini indidən söyləmək çətindir. Amma məlum olan budur ki, bu vasitəçilik prosesində birbaşa rol alan tərəf Rusiyanın özü olacaq və zənginləşdirilmiş uranı da məhz o qəbul edəcək", - deyə politoloq Muhammed Çağrı Bilir vəziyyəti şərh edib.

Ətraflı süjetdə:

Rusiyanın İranla bağlı təklifi İsrailə nə vəd edir?

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:133
embedMənbə:https://oxu.az
archiveBu xəbər 18 İyun 2025 12:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see325

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see316

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see299

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see284

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see238

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see233

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see229

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see225

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see215

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see214

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see207

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see206

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see201

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see199

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see198

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see189

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see172

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see171

“PƏLƏNG OT YESƏ, SAĞLAM QALA BİLƏR?”

18 Oktyabr 2026 01:29see168

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri