Rusiyanın “Ka 27” helikopteri və bahalı sistemləri vurulub
Reyting.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Rusiyanın işğal etdiyi Krımda bahalı hərbi qurğular, “Ka-27” helikopteri, bir neçə radar sistemi və kompleks vurulub.
Reyting.az xəbər verir ki, bu barədə məlumatı Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi (GUR) “Facebook” hesabında yayıb.
Bildirilir ki, GUR-un “Xəyallar” xüsusi təyinatlı dəstəsi Rusiya ordusuna ciddi zərbə vurub.
“Müvəqqəti işğal olunmuş yarımadada əməliyyat nəticəsində düşmənin aşağıdakı silahları uğurla məhv edilib: “Ka-27” gəmiyə quraşdırılan çoxməqsədli helikopter, “Lira-A10” aerodrom radar sistemi, “55Zh6U Nebo-U” radar stansiyası, “Nebo-SV” günbəzli radarı, “P-18 Terek” radarı”,-GUR-un məlumatında qeyd edilib.
Baş Kəşfiyyat İdarəsi zərbələrin videosunu da yayımlayıb.
“Düşmən hava hücumundan müdafiə raketlərindən ustalıqla yayınan GUR xüsusi təyinatlı qüvvələrinin dronları olan “Xəyallar” Krım yarımadasındakı işğalçılara məxsus qiymətli radar avadanlıqlarını məhv etməyə davam edir”, - deyə bildirilir.
V. QULİYEV
Bu mövzuda digər xəbərlər:Rusiyanın daha bir “Ka 52” döyüş helikopteri məhv edilib Ekipaj həlak olub
27 Oktyabr 2025 17:01
Ka 226 helikopteri belə qəzaya uğrayıb VİDEO
08 Noyabr 2025 22:03
Rusiyanın daha bir helikopteri vuruldu
01 Sentyabr 2025 11:18
Rusiyanın komandanlıq məntəqələri vurulub
16 Sentyabr 2025 10:52
Rusiyanın neft nasos stansiyası vurulub
09 Sentyabr 2025 14:36
Baxış sayı:51
Bu xəbər 21 Noyabr 2025 17:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















