Rusiyanın Lipetsk vilayətində MiQ 31 qırıcısı qəzaya uğrayıb
Icma.az, Oxumeni.az portalına istinadən məlumatı açıqlayır.
Cümə axşamı axşam saatlarında Lipetsk vilayətində MiQ-31 qırıcısı qəzaya uğrayıb. Təyyarə döyüş sursatı olmadan təlim uçuşu həyata keçirib və eniş zamanı qəzaya uğrayıb.
Oxuməni.az xəbər verir ki, bu barədə TASS agentliyi Rusiya Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.
Hərbi bəyanata görə, ekipaj katapultla atılıb və onların həyatları təhlükədə deyil. Əlavə təfərrüat verilməyib, hadisəni araşdırmaq üçün komissiya yaradılıb.
“The Moscow Times” qeyd edir ki, bu, ilin əvvəlindən qeyri-döyüş şəraitində qəzaya uğrayan dördüncü Rusiya hərbi təyyarəsidir. Martın sonunda Su-25 təyyarəsi Primoryedə təlim uçuşu zamanı qəzaya uğradı; aprel ayında İrkutsk vilayətində Tu-22M3 raket daşıyan bombardmançı təyyarə qəzaya uğradı; iyulun əvvəlində isə Nijni Novqorod vilayətində Su-34 qırıcısı qəzaya uğrayıb.
MiQ-31 1970-ci illərdən 1994-cü ilə qədər istehsal edilmiş sovet qırıcı-tutucudur. Rusiyada o, “Kinjal” qanadlı raketi üçün buraxılış platforması kimi xidmət etmək üçün dəyişdirilib.
Almaz Həsənli


