Rusiyanın məşhur Solntsevkaya cinayətkar dəstəsinin eks lideri suda boğulub
Azpost portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
90-cı illərin “Solntsevskaya” mütəşəkkil cinayətkar dəstəsi ilə əlaqəli olan 69 yaşlı iş adamı Viktor Averin Moskva vilayətində qayıq gəzintisində olarkən boğulub.
AzPost Kommersant-a istinadən xəbər verir ki, hadisə şənbə günü axşam Klyazma su anbarındakı yaxt klubunun sularında baş verib. Mash-ın məlumatına görə, Averin və digər beş sərnişini daşıyan qayıq aşıb. Ondan başqa hamı sahilə çıxmağı bacarıb.
Agentlik qeyd edib ki, qayıqda Putinin əmisi oğlu və keçmiş sinif yoldaşı Viktor Xmarin də olub. ÇK-OGPU teleqram kanalının məlumatına görə, Averin və Xmarin bu yaxınlarda Averin tərəfindən alınan torpaq sahəsini yoxlamağı planlaşdırırdılar.
Rəsmilər hadisənin səbəbini açıqlamayıblar.
ÇK-OGPU bildirir ki, müstəntiqlər yalnız qəza versiyasını nəzərdən keçirirlər.
Solntsevskaya mütəşəkkil cinayətkar dəstəsi 1980-ci illərin sonlarında Moskvanın Solntsevskaya rayonunda yaranıb. Viktor Averinin (Avera) bu mütəşəkkil cinayətkar qruplaşmada Sergey Mixaylovdan (Mixas) sonra ikinci ən vacib şəxs olduğunu bildirilir.
Qrup reketçilik, şantaj, silah ticarəti, narkotik ticarəti, insan alveri, fahişəlik və banklar, kazinolar və neft vasitəsilə çirkli pulların yuyulması ilə məşğul olub.
Paylaş
Baxış sayı:107
Bu xəbər 22 Dekabr 2025 11:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















