Icma.az
close
up
RU
Rusiyanın müharibədə qısa fasilələr təklifinə səbəb nədir?

Rusiyanın müharibədə qısa fasilələr təklifinə səbəb nədir?

Icma.az bildirir, Reyting.az saytına əsaslanaraq.


Rusiya uzunmüddətli atəşkəs və ya davamlı sülh əvəzinə yalnız qısamüddətli (8-11 may tarixləri arasında) “atəşkəs” təklif edir və güzəştlərdə israrlıdır. Xüsusən də aviasiya sənayesinə təsir göstərən sanksiyaların götürülməsini tələb edir.
Reyting.az
xəbər verir ki, bunu Ukrayna Prezidenti Aparatının rəhbəri Andrey Yermak “Guardian” nəşrinə deyib.
Onun sözlərinə görə, məhdudlaşdırıcı tədbirlər hazırda Rusiya aviaşirkətlərinin Qərb bazarlarına çıxışına mane olur, hərbi məqsədlər üçün istifadə edilə bilən əsas ehtiyat hissələrinin, texniki xidmətlərin və digər avadanlıqların idxalını əngəlləyir.
“İlk baxışda Moskvanın tələbləri humanitar və iqtisadi, sadə və yerinə yetirilməsi asan görünür. Bununla belə, sorğunun dinc xarakterli görünməsinin arxasında aviasiya sanksiyalarının yumşaldılmasının Rusiya prezidentinə və onun hərbi maşınına verəcəyi siyasi və hərbi üstünlük dayanır. Bu sanksiyalar Kremlin hərbi imkanlarının nə qədər ciddi və effektiv şəkildə məhdudlaşdırıldığının sübutudur”, - Yermak vurğulayıb.
O xatırladıb ki, Rusiyanın mülki aviasiya sektoru öz ordusunun maraqları naminə logistika, nəqliyyat və qaçaqmalçılıq üçün pərdəyə çevrilib: “Mülki aviaşirkətlər və hava limanları sanksiya tətbiq edilən sənayelərə kritik komponentlər çatdırmaqla beynəlxalq sanksiyaların qarşısını almaqda fəal iştirak edirlər. Volqa-Dnepr kimi yükdaşıyıcıları hərbi nəqliyyat xidmətləri göstərir. Xəbər verilir ki, çarter daşıyıcısı olan “I Fly” əsgərləri cəbhə xəttinə aparır. Moskvanın bir vaxtlar turistlər üçün rolu olan Vnukovo və Pskov hava limanı həm mülki, həm də hərbi nəqliyyatı idarə edir”.
Yermak bildirib ki, bu sanksiyalar sadəcə narahatlıq deyil: onlar Rusiyanın Ukraynaya qarşı davam edən müharibəsinə birbaşa maneədir: “İkili təyinatlı obyekt kimi xidmət edən və sanksiyaya məruz qalan malların daşınması üçün hava limanları və aviaşirkətlər bunun nəticələrini daşımalıdır. Hərbi logistika ilə məşğul olan şirkətlər “qara siyahı”larda qalmalıdırlar. Hərbi ehtiyaclar üçün komponentlərin ötürülməsinin qarşısını almaqdan ötrü tədarük zəncirlərinin monitorinqi gücləndirilməlidir. Rusiya qanunsuz təcavüzünü davam etdirdikcə, səmalar Rusiya aviaşirkətləri üçün bağlı qalmalıdır”.
Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin Qələbənin 80 illiyi münasibətilə - mayın 8-dən 11-nə qədər atəşkəs elan edib.
ELÇİN
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://reyting.az
archiveBu xəbər 30 Aprel 2025 14:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see889

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see337

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see319

Mallar gömrükdə qalıb: “Temu” Azərbaycan bazarından çıxır?

02 Fevral 2026 14:52see310

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see217

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see203

Kənd təsərrüfatında süni zəkadan istifadə olunacaq

04 Fevral 2026 01:51see194

Müharibə bölgəsindən qaçan və sığınacaq axtaran şəxslər ilk fürsətdə qonşu ölkələrə axın edir, orada məskunlaşırlar

02 Fevral 2026 15:03see194

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see190

Məğlubedilməz BÜRCLƏR: onların ən yaxşı saatı fevralda başlayacaq

04 Fevral 2026 00:13see189

Türkiyə İranın parçalanmasına qarşı açıq və prinsipial mövqe sərgiləyir

03 Fevral 2026 09:46see172

Azərbaycan gəncliyi dövlətin strateji investisiyasıdır Millət vəkili

02 Fevral 2026 23:24see171

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see170

Əliyevlə Paşinyan Əbu Dabidə görüşdü Video

04 Fevral 2026 09:23see170

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see169

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see169

Maşınını satmaq istədi; diaqnostikada nəticəni öyrənib xəstəxanalıq oldu VİDEO

02 Fevral 2026 21:01see164

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see161

Azərbaycanda yüzlərlə uşaq necə yoxa çıxıb?

03 Fevral 2026 04:57see144

Rusiyada dəhşətli hadisə: qadın 2 övladı ilə özünü eyvandan atdı

04 Fevral 2026 01:38see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri