Icma.az
close
up
RU
Rusiyanın müharibədəki rəsmi itkisi152 mindir Kəndlərdə kişi qıtlığı yaranıb

Rusiyanın müharibədəki rəsmi itkisi152 mindir Kəndlərdə kişi qıtlığı yaranıb

Icma.az, Bakupost saytına istinadən bildirir.


BBC Rus Xidməti və “Mediazona”nın yenilənmiş hesablamalarına görə, genişmiqyaslı Rusiya-Ukrayna müharibəsi başlanandan bəri Rusiya ən az 152 142 hərbçi itirib. Hesabat noyabrın 28-də dərc olunub.
Bu rəqəm yalnız adları müəyyən edilən və açıq mənbələrdən təsdiqlənmiş ölümləri əhatə edir. Xəbər agentlikləri vurğulayır ki, bu statistikaya özünü elan etmiş DQR və LQR separatçılarının itkilər daxil deyil. BBC-nin qiymətləndirməsinə görə, real itkilər 234 min ilə 338,1 min arasında ola bilər. Separatçı bölgələrin də ölüləri nəzərə alanda bu rəqəm 361 minə çatır.
Bakupost.az xəbər verir ki, araşdırmalar göstərir ki, 67%-i 100 min nəfərdən az əhalisi olan şəhər və kəndlərdən cəbhəyə göndərilib. Böyük şəhərlərdə yaşayan əhali isə müharibədə az iştirak edir.
Hesabatda yaşayış yerini müəyyən olunan 90 600 nəfərin məlumatları toplanıb. Onların bölgüsünə görə:
Milyonluq şəhərlər üzrə 29 469 nəfər (33%)
10-99 min əhali: 24 160 nəfər (27%)
10 min nəfərdən az əhali: 35 729 nəfər (40%)

Rəqəmlərə görə, hər 10 min nəfərə düşən ölü sayına görə ən yüksək itkilər Tyva (171), Buryatiya (139) və Altay Respublikası (113) bölgələrindədir. Əksinə, böyük şəhərlərdə, məsələn, Sankt-Peterburq, Rostov və Krasnodarda ölümlər nisbətən azdır. Ən aşağı göstərici – 10 min nəfərə 5 ölümlə Moskvada qeydə alınıb.
Bildirilir ki, aradakı fərq əməkhaqqı, təhsil və iqtisadi inkişaf səviyyəsi ilə bağlıdır. Müharibədə iştirak əsasən kasıb bölgələrdəki maaşları aşağı və iş imkanları məhdud olan kasıb insanlar üçün cəlbedicidir.
Kiçik kəndlərdə işlək yaşlı kişilərin müharibəyə göndərilməsi həyat şəraitinə ciddi təsir göstərir. Məsələn, Kamçatka bölgəsinin Sedanka kəndində 475 sakindən (2021) 224 nəfər (2024). Onların da 67 kişidir. Kəndən son 4 ildə 39 nəfər müharibəyə yollanıb.
Kişi qıtlığı səbəbindən işçi qüvvəsi azalan kənddə həyat şəraiti pisləşib. Kənddə odun doğramağa, yer şumlamağa adam yoxdur. Elə buna görədir ki, 2025-ci ilin avqustunda Sedankaya “qəhrəman kənd” statusu verilib.
Cavid, BakuPost
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:175
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 29 Noyabr 2025 12:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see362

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see361

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see353

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see347

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see340

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see330

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see325

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see313

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see312

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see309

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see299

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see297

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see292

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see279

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see277

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see267

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see258

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see244

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see201

Sabunçu rayonunda YAP ın yaradılmasının 34 illiyi münasibətilə ağacəkmə aksiyası keçirilib

20 Noyabr 2026 21:11see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri