Rusiyanın müharibəyə büdcə xərcləri yeni rekorda imza atıb
Icma.az, Sia Az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
...Rus ordusunun Donbasdakı payız hücumu, işğalın başlanğıcından bəri rekord sayda itki ilə nəticələnib.
Və bu Rusiyanın federal büdcəsinə ağır yük qoyub.
SİA xəbər verir ki, bu barədə The Moscow Times məlumat yayıb.
...Üçüncü rübdə "milli müdafiə" başlığı altında büdcə xərcləri görünməmiş 4,328 trilyon rubla çatıb.
Bunu Alman Beynəlxalq Təhlükəsizlik Araşdırmaları İnstitutunun tədqiqatçısı Yanis Kluge, “Elektron Büdcə” məlumatlarına əsasən hesablayıb.
İkinci rüblə müqayisədə hərbi büdcə xərcləri 80 faiz, illik ifadədə isə 53 faiz artıb.
Orta hesabla, Rusiya hökuməti iyul-sentyabr aylarında ordunun saxlanmasına və silah alınmasına həftədə 329 milyard rubl, gündə 47 milyard rubl və ya saatda 1,96 milyard rubl xərcləyib.
Kluge-nin hesablamalarına görə, həm açıq, həm də gizli xərclər on faiz artıb: Büdcənin ictimai hissəsində müdafiəyə 1,381 trilyon rubl (ikinci rüblə müqayisədə +71 faiz), qapalı hissəsində isə 2,947 trilyon (+131 faiz) xərclənib.
Əli Babayev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:68
Bu xəbər 10 Dekabr 2024 01:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















