Icma.az
close
up
RU
Rusiyanın növbəti qurbanı kim olacaq?

Rusiyanın növbəti qurbanı kim olacaq?

Xalqcebhesi saytından alınan məlumata görə, Icma.az bildirir.

NATO-nun baş katibi Mark Rutte “The New York Times” qəzetinə verdiyi müsahibədə Çinin Tayvan adasına hücum edəcəyi halında Rusiyanın NATO ərazisinə müdaxilə edə biləcəyi ehtimalını səsləndirib. NATO baş katibi hətta bunun necə baş verəcəyini izah edib: “Çin lideri Si Cinpin rusiyalı həmkarı Vladimir Putinə zəng edəcək və ondan xahiş edəcək ki, Çinin Tayvana hücumu sırasında Rusiya NATO ərazisinə hücum etsin”. Mark Ruttenin fikrincə, bu Çinə beynəlxalq aləmin diqqətini Tayvana hücumdan yayındırmaq üçün lazım olacaq. NATO baş katibi səsləndirdiyi ehtimalın qarşısını almaq üçün Şimali Atlantika Blokunun Hind-Sakit okean bölgəsində fəallığının artırılması zərurətini bildirib. Mark Rutte Rusiyanın hücum edə biləcəyi NATO ölkəsinin adını da çəkib. Bu, onun fikrincə, Estoniya olacaq.


NATO baş katibinin səsləndirdiyi ehtimalın reallaşması mümkündürmü? Çin lideri Si Cinpin Tayvanın ölkəsinə məxsus olduğunu və bu adanın Çinə birləşdirilməsinin zəruri olduğunu dəfələrlə vurğulayıb. Yəni bu hadisə nə zamansa baş verəcək, sadəcə Pekin məsələni həll etmək üçün münasib zaman seçməlidir. Qərbdə həmin “zamanın” nə zaman gələcəyi üzərində düşünürlər.
Çin xarici işlər naziri Van İ bugünlərdə Brüsseldə Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallasla görüşündə deyib ki, Çin Rusiyanın Ukrayna müharibəsində məğlub olmağını istəmir. Çinli diplomat bunu belə izah edib ki, Rusiyanın müharibədə məğlub olacağı təqdirdə, ABŞ-ın bütün diqqəti Çinə yönələcək. Yəni Vainqtonun diqqəti nə qədər Rusiya-Ukrayna müharibəsi üzərində köklənsə, bu bir o qədər Çinin maraqlarına xidmət edəcək. Bu sözlərdən çıxan digər nəticə odur ki, Çin Tayvanı ələ keçirmək istəyərkən, ABŞ və Avropanın mümkün diqqətinin öz üzərindən yayındırılmasına çalışacaq. Bu məsələnin həllində Pekinin köməyinə Kreml çata bilər. Bu baxımdan NATO baş katibinin ehitmalı bu amilə əsaslanır.
Rusiya Prezidenti Vladimir Putin müsahibələrində ölkəsinin heç bir NATO ölkəsinə hücum etməyəcəyini bir neçə dəfə bildirib. Ancaq Kreml sahibinə inanmaq olarmı? Putin 2000-ci illərin başında deyirdi ki, Rusiyanın Krımı Ukraynadan qoparmaq fikri yoxdur, 2014-cü ildə bunun tərsi baş verdi. Mark Rüttenin açıqlamasına cavab ənənəvi üzrə Putinin dostu Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedevdən gəlib. Həmişəki kimi aqressiv açıqlama verən Medvedev NATO baş katibini bu sözlərlə hədələyib: “Mark Rütte rus dilini öyrənsin. Bu ona Sibir düşərgəsində lazım olacaq”. Bu sözləri tələffüz edən şəxs və onun dostu Çinin gələcək xahişini yerə salmaz.

“Atlas” Araşdırmalar Mərkəzi

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:68
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 06 İyul 2025 13:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda müqəddəs Ramazan ayı nə vaxt başlayır?

04 Yanvar 2026 10:12see343

“Hər bir Azərbaycan vətəndaşına ildə 5 kq palma yağı yedizdirilir...”

03 Yanvar 2026 12:48see246

Enso Mareskanın Çelsi dən ayrılmasının səbəbi bəlli olub

03 Yanvar 2026 09:44see217

Amerikanı kim kəşf edib? Əlbəttə ki, ermənilər!

04 Yanvar 2026 13:20see209

İranın silahlı qüvvələri hara zərbə endirəcəklərini dəqiq bilirlər Abbas Əraqçi

03 Yanvar 2026 10:23see203

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see187

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see185

Bakıya bu tarixdə qar yağacaq Dəqiq gün AÇIQLANDI

04 Yanvar 2026 06:07see160

Nofəl Şahlaroğlu: Pula görə etdiyimi görsən, ürəyin bulanar

03 Yanvar 2026 23:35see158

İlham Yadullayev: Çalışacağıq ki, komandaya yeni futbolçular dəvət edək

03 Yanvar 2026 13:04see157

Görünməz təhlükə: Arktika buzundakı çatlar və duman iqlim bombası yaradır

04 Yanvar 2026 21:26see146

Ukraynada kadr islahatlarının gerçək səbəbi: Zelenskinin yeni hərbi siyasi strategiyası

03 Yanvar 2026 22:08see144

Qarabağ Antalyada Özbəkistan və Polşa klubları ilə qarşılaşacaq

03 Yanvar 2026 23:33see141

Bu gün Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramıdır

04 Yanvar 2026 05:26see139

Zelenski Trampla görüşəcək

04 Yanvar 2026 00:10see139

CAR da qorxunc qətl: Gənc oğlan ayin zamanı ata anasının gözü qarşısında güllələndi

04 Yanvar 2026 12:17see139

“Temu” Azərbaycan bazarından “çıxarılır”?

03 Yanvar 2026 17:38see137

Maduro Nyu Yorka gətirilib Fotolar

04 Yanvar 2026 09:15see134

Ekspertlər ən etibarlı 10 krossoveri açıqladı SİYAHI

04 Yanvar 2026 00:03see132

2026 da işləri “yağ kimi” gedəcək 5 BÜRC KONKRET

04 Yanvar 2026 10:01see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri