Icma.az
close
up
RU
Rusiyanın nüvə dövləti olmasının səbəbkarı olan atom kralı Azərbaycanlı alim

Rusiyanın nüvə dövləti olmasının səbəbkarı olan atom kralı Azərbaycanlı alim

Olke.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Rusiyanın dünyada güclü olmasında yüzlərlə azərbaycanlı alim iştirak edib. Bu günün özündə belə böyük xidmətləri olan azərbaycanlı alimlərin adı internet resurslarında yazılmır, kitablarda qeyd edilmir. Amma buna baxmayaraq nəhəng arxivlərdə bu adlar öz şərəf yerlərini tuturlar”.

Ölkə.Az xəbər verir ki, tarix üzrə araşdırmaçı, dosent Zaur Əliyev qeyd edib. O bildirib ki, kosmik tədqiqatlardan tutmuş elmin bütün sahələrində Azərbaycan övladlarının imzası var:

“Kosmosa gedən bütün ruslar azərbaycanlı Kərim Kərimovun izni ilə gedirdilərsə, Rusiyanın nüvə sahəsində güclü edən şəxs də məhz Azərbaycanlı olub.
SSRİ nüvə reaktorlarının qəbulu üzrə Dövlət Komissiyasının sədri məhz Qərbi Azərbaycanın Basarkeçər qəzasının Çaxırlı kəndində anadan olan Abbas Abbasəli oğlu Çayxorski idi. Kimya elmləri doktoru, professor və yeni dövri sistemlər cədvəlinin yaradıcısı olan Abbas müəllim eyni zamanda dünyanın elm dairələrində "atom kralı" kimi tanınır.

Qərbi Azərbaycandan ermənilərin Rusiyanın sifarişi ilə yerli azərbaycanlıları öz dədə-baba torpaqlarından deportasiya edilməsi zamanı onun ailəsi əvvəlcə Ağdama, daha sonra isə Ağdaşa gəliblər. O vaxt uşaq olan Abbasın yeniyetməlik illəri də elə məhz Ağdaşda keçir”.

Z.Əliyev alimin soyadının nə üçün Çayxorski olmasına da aydınlıq gətirib:

“Çar Rusiyası dövründə zadəganlar özlərinə doğulduğu yerlə səsləşən soyad götürürdülər. Abbas müəllimin ulu babası Çaxırlı soyadını inanclarından irəli gələrək   “Çayxorlu” (“çay xoşlayan”) soyadını seçir. Lakin babası Polşaya sürgün edilir və burda da soyadı polyaksayağı “Çayxorski”formasını alır.
Abbas Çayxorski neptunium elementinin kimyası sahəsində əvəzolunmaz  tədqiqatçı olduğunu dünyanın ciddi elmi mərkəzləri səhifələrində yazırlar. (Чайхорский А.А. Химия нептуния. — М., Атомиздат, 1978) 

Məhz  1970-ci ildə hazırladığı elementlərin dövri sistemi cədvəli (Mendeleyev cədvəlinin modifikasiyası) SSRİ-də radiokimya sahəsində müəllimlərin ixtisasını artırmaq fakültələrinin tədris proqramına salınmışdı.

"Bakı klubu" - Landaunun Bakıda anadan olması,  Kurçatov və Çayxorskinin  təhsilini Bakıda almasına görə adlandıran bü üçlük Rusiyanın nüvə ölkəsi olmasına səbəb olmuş və nəhəng Amerika ilə rəqabətdə onlara görə güclü bir mühafizə yaratmışdı.
Əlbəttə, nüvə reaktoru tək bir insanın əməyi deyil. İqor Kurçatov və Abbas Çayxorski birgə çalışmasına baxmayaraq  elementlərin yeni dövri cədvəlinin üzərində işləməyi özü həyata keçirib və  1970-ci illərin əvvəllərində tamamlanıb və rəsmi səviyyədə qəbul edilib. 

Qeyd edim ki, ABŞ Yaponiya nüvə silahı atmasından üç il sonra Sovet rəhbərliyinin ağır təzyiqlərindən sonra 8 iyun 1948-ci ildə ilk sovet atom reaktoru işə salınıb.  SSRİ-nin öz nüvə silahını əldə etməsində ilk öncə Abbas Çayxorskinin əvəzolunmaz xidmətləri olub.
Çayxorski kimyaya yeni anlayış – beşinci kvant sayını daxil edən ilk alimdir”.

Dosent milliyətinə görə Rusiyanın Çayxorskinin adını silməyə çalışdığını deyib:

“Faşist Rusiyası isə onun məhz azərbaycanlı olmasına görə Abbas Çayxorski kimi böyük xidmətləri olan bir şəxsiyyəti elmin tarixi səhifələrindən silmək üçün əlindən gələn hər şeyi edir. 

1969-cu ildə Abbas Çayxorski atom enerjisindən dinc məqsədlərlə istifadə üzrə SSRİ Dövlət Komissiyasının rəhbəri təyin olunur və bu vəzifədə SSRİ-nin süqutuna qədər - 12 il qalır. 

1997-ci ildə Amerikaya köçür və 2008-ci ildə, Nevada ştatının Rino şəhərində rəhmətə gedir. Amerikaya köçdüyü üçün də Rusiyanın hökumət orqanları onu bütün titullardan məhrum edirlər.

Məhz Rusiyanı güclü dövlət edən nəhəng azərbaycanlı alim onların düşməninə çevrilir. Baxmayaraq ki, bu günün özündə belə yeni nüvə sınaqları onun gizli saxlanılan 96 elmi və texnoloji elmi işinə istinad edilir”.

Billurə Yunus

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:142
embedMənbə:https://olke.az
archiveBu xəbər 30 İyun 2025 10:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see229

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see223

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see196

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see189

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see176

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see163

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see160

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see155

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see155

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see155

“Ölümü” Ukraynanın xüsusi əməliyyatı olubmuş − Denis Kapustin sağdır

01 Yanvar 2026 20:01see145

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see143

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see143

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see142

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see140

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see137

İlahiyyatçı Əkrəm Həsənov: Yeni il gecəsi insanın özünə hesabat verdiyi, sabaha ümidlə baxdığı bir zamandır

31 Dekabr 2025 19:54see137

ABŞ qüvvələrindən qaçan Venesuela tankerinin üzərində Rusiya bayrağı..?

31 Dekabr 2025 20:19see132

Əzgilin bu faydaları varmış...

02 Yanvar 2026 05:09see132

2026 cı ilin ilk günündən qüvvəyə minən QANUNLAR

01 Yanvar 2026 09:05see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri