Rusiyanın Oryol şəhərinə hücum nəticəsində üç nəfər ölüb
Icma.az bildirir, Apa.az portalına istinadən.
Rusiyanın Oryol şəhərinə Ukrayna Silahlı Qüvvələrinin hücumu nəticəsində üç nəfər ölüb.
APA xəbər verir ki, bu barədə vilayət qubernatoru Andrey Klıçkov məlumat verib.
Onun sözlərinə görə, Ukrayna qüvvələri şəhərə “Storm Shadow” tipli üç raketlə zərbə endirib. Nəticədə şəhərin Sovetski rayonunda binalar dağılıb.
Qubernator bildirib ki, hadisə yerində təcili xidmətlərin işi davam edir. Oryol şəhər administrasiyası dəymiş zərərin müəyyənləşdirilməsi və sonradan kompensasiyanın ödənilməsi məqsədilə zərər çəkmiş mənzillərə baş çəkir.
A. Klıçkov həlak olanların ailələrinə və zərərçəkənlərə lazımi yardım göstəriləcəyini qeyd edib.
Bu mövzuda digər xəbərlər:Rusiyanın Oryol şəhərinə dron hücumu olub, bir nəfər ölüb, doqquz nəfər yaralanıb
14 İyun 2026 12:45
Ukraynanın Rusiyanın Sızran şəhərinə dron zərbələri nəticəsində iki nəfər ölüb
21 May 2026 09:47
Media: Rusiyanın Nijnekamsk şəhərinə dron hücumu nəticəsində 10 nəfər ölüb
10 Avqust 2026 11:23
Rusiyanın Kramatorska endirdiyi zərbə nəticəsində üç nəfər ölüb
01 Avqust 2025 14:15
Oryol şəhərinə dron hücumu oldu KONKRET
14 İyun 2026 12:02
Baxış sayı:115
Bu xəbər 24 Oktyabr 2026 12:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















