Icma.az
close
up
RU
Rusiyanın “pasport siyasəti” genişlənir

Rusiyanın “pasport siyasəti” genişlənir

Icma.az, Gununsesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Rusiya qonşu ölkələrdə yaşayan “rus icmalarına” vətəndaşlıq verməyi planlaşdırır.

BunuGununsesi.info-ya açıqlamasında siyasi şərhçi, Milli Cəbhə partiyasının başqanın müavini Məhəmməd Əsədullazadə deyib.

O bildirib ki, Vladimir Putin “Dnestryanı sakinlərinin Rusiya vətəndaşlığına qəbulu haqqında” yeni fərman imzalayıb.

“Rusiya separatçı regionlarda yaşayan əhaliyə Rusiya pasportlarının verilməsi siyasətindən əl çəkmir. Daha əvvəl Abxaziya və Cənubi Osetiya bölgələrində yaşayan insanlara Rusiya vətəndaşlığı verilməsi də bu siyasətin tərkib hissəsi olub. Moldova ərazisində yerləşən Dnestryanı bölgə sakinlərinə belə bir vətəndaşlığın verilməsi Moskvanın regiona təsir və müdaxilə siyasətinin davamıdır. Ümumilikdə Rusiyanın bu yanaşması qonşu dövlətlər üzərində siyasi təsir imkanlarını genişləndirməyə və gələcək təzyiq mexanizmləri formalaşdırmağa xidmət edir. Növbəti mərhələdə bu tip addımların Qazaxıstan ərazisində yaşayan ruslara və ya digər postsovet ölkələrindəki rus icmalarına münasibətdə də tətbiq olunması mümkündür. Bu siyasət Rusiyanın qonşu ölkələrlə münasibətlərində etimadsızlığı artırır və həmin dövlətlərdə müdafiə və təhlükəsizlik siyasətinin sərtləşməsinə səbəb olur”,- deyə o qeyd edib.

Siyasi şərhçi həmçinin deyib:

“Qeyd edim ki, Moskvanın oxşar yanaşmanı vaxtilə Qarabağda ermənilərə tətbiq etməyə çalışırdi. Azərbaycan isə vaxtında həyata keçirdiyi siyasi və hərbi addımlarla belə bir ssenarinin qarşısını aldı. Rusiyanın Rusiyanın Ukraynaya müdaxiləsi zamanı istifadə etdiyi arqumentlər də göstərir ki, xaricdə yaşayan rusdilli əhalinin “müdafiəsi” tez-tez siyasi və geosiyasi alət kimi təqdim olunur. Bu baxımdan, Azərbaycanın ölkə vətəndaşlarına münasibətdə xarici dövlətlərin birtərəfli hüquqi qərarlarının tətbiqini məhdudlaşdıran qanunvericilik mexanizmlərini gücləndirməsi vacibdir. Rusiya yumşaq güc, pasport siyasəti və informasiya təsiri vasitəsilə qonşu ölkələr üzərində təzyiq imkanlarını artırmağa çalışır. Bu isə regionda təhlükəsizlik balansına və dövlətlərarası münasibətlərə birbaşa təsir göstərir.

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:196
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 18 May 2026 14:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu qurum vətəndaşa qanunsuz borc yazdı ŞİKAYƏT

24 Sentyabr 2026 09:41see332

Ceyhun Bayramov kiprli həmkarı ilə Cənubi Qafqazda sülh prosesini müzakirə etdi

24 Sentyabr 2026 02:52see281

Psixoloqlara görə, birinin sizi qısqandığını göstərən 2 kəlməlik cümlə

24 Sentyabr 2026 03:04see238

Ceyhun Bayramov: TRIPP regionda yeni imkanlar yaradacaq

24 Sentyabr 2026 03:00see229

Ərdoğan: BTC və TANAP etibarlı dəhlizlərdir

24 Sentyabr 2026 03:03see226

Beş il sonra nə baş verəcək? Süni intellektlə bağlı ciddi XƏBƏRDARLIQ

24 Sentyabr 2026 03:36see224

BBC: Britaniya hərbi məqsədlərlə digər ölkələrin peyklərinin fəaliyyətinə mane olur

24 Sentyabr 2026 03:56see223

Türkiyədə autizm diaqnozu qoyuldu, müayinələr fərqli həqiqəti üzə çıxardı VİDEO

24 Sentyabr 2026 07:01see219

Gürcüstan XİN rəhbəri: Bakı və İrəvanın sülh prosesində irəliləyişləri bütövlükdə region üçün önəmlidir

24 Sentyabr 2026 21:20see212

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

24 Sentyabr 2026 21:46see209

Prezident İlham Əliyev bu qanunu GERİ QAYTARDI

24 Sentyabr 2026 18:12see206

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir Boçorişvili

24 Sentyabr 2026 21:21see202

Albaniyanın Qəzza ilə bağlı qərarı: Qanun layihəsi təsdiqləndi

24 Sentyabr 2026 21:46see193

London konsertinə hazırlıq başladı

24 Sentyabr 2026 14:36see193

Macarıstan parlamenti baş nazirin toxunulmazlığını ləğv etməyi planlaşdırır

24 Sentyabr 2026 21:38see189

Əraqçi Uitkofla görüş qərarını özbaşına verib, icazə almayıb?

24 Sentyabr 2026 21:35see188

BBC: “Trampın Arkası” silahlandırılacaq!

24 Sentyabr 2026 20:07see169

Lənkəran Dövlət Dram Teatrı “Arşın mal alan” operettasını təqdim edib

25 Sentyabr 2026 18:44see168

Bakıda ev almaq üçün 18 illik maaşınızı xərcləməməlisiniz

24 Sentyabr 2026 20:01see165

ABA kart sayına tətbiq olunan limitləri izah etdi

24 Sentyabr 2026 20:33see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri