Icma.az
close
up
RU
Rusiyanın pulları ilə Ukrayna silahlandırılır Britaniya Kiyevə daha bir milyardlıq hərbi dəstək verdi

Rusiyanın pulları ilə Ukrayna silahlandırılır Britaniya Kiyevə daha bir milyardlıq hərbi dəstək verdi

Icma.az, Azpolitika.az portalına istinadən məlumatı açıqlayır.

Qərbin Ukraynaya hərbi-siyasi dəstəyi yeni mərhələyə keçir. Böyük Britaniya rəsmi Kiyevə 752 milyon funt sterlinq (təxminən 991 milyon dollar) dəyərində növbəti yardım paketini təqdim edib. Bu vəsait Ukrayna ordusunun döyüş qabiliyyətini gücləndirmək məqsədilə hava hücumundan müdafiə (HHM) sistemləri, artilleriya qurğuları və ehtiyat hissələrinin alınmasına yönəldiləcək.

Maraqlıdır ki, bu dəfə verilən kredit qeyri-adi mənbədən – Avropa İttifaqı ərazisində dondurulmuş Rusiya aktivlərindən əldə edilən gəlirlər hesabına maliyyələşdiriləcək. Başqa sözlə, Kremlin öz vəsaitləri dolayısı ilə Ukraynaya qarşı yönəlmiş təcavüzə qarşı mübarizənin maliyyə yükünü daşıyır.

Yardım paketi Britaniyanın martın 1-də elan etdiyi, ümumi həcmi 2 milyard funt sterlinqdən artıq olan genişmiqyaslı dəstək planının bir hissəsidir. Məbləğ üç tranşla Kiyevə çatdırılır – birinci tranş martın 6-da, ikinci isə aprelin 14-də göndərilib. Üçüncü tranşın 2026-cı ildə təqdim olunması planlaşdırılır. Britaniya Xəzinədarlığı bu yanaşmanın Ukraynaya resursların planlı şəkildə idarə olunmasında və döyüş əməliyyatlarının çevik icrasında mühüm rol oynayacağını bildirir.

“Rusiyanın təcavüzünü dayandırmaq və Böyük Britaniyanın milli təhlükəsizliyini gücləndirmək üçün Ukraynaya dəstəyimizi daha da artırırıq,” – deyə müdafiə naziri Con Healey bəyan edib.

Bununla yanaşı, Aİ-nin Ukraynaya dəstəyi də davam edir. Aprelin 14-də Lüksemburqda keçirilən görüş zamanı Avropa İttifaqının xarici işlər nazirləri Kiyevə hərbi yardımın davam etdirilməsində həmrəylik nümayiş etdiriblər. Görüş çərçivəsində çıxış edən Almaniyanın xarici işlər naziri vəzifəsini icra edən Annalena Baerbok Berlindən veriləcək yardımı açıqlayıb. Onun sözlərinə görə, Avropa təşəbbüsü çərçivəsində Ukrayna Silahlı Qüvvələrinə 500 min artilleriya mərmisi göndəriləcək. Bu, ümumi 2 milyon patronun tədarükünü nəzərdə tutan daha geniş planın tərkib hissəsidir.

Qərbin bu addımları göstərir ki, Rusiya ilə strateji qarşıdurmada Kiyevə təkcə siyasi deyil, hərbi və iqtisadi baxımdan da uzunmüddətli dəstək təmin olunmaqda davam edir.

Rasim Əliyev
AzPolitika.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:118
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 15 Aprel 2025 10:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məhkəmədə Ermənistan vətəndaşlarının cinayət xarakterli məlumatlar tədqiq olunub FOTO

17 Oktyabr 2025 20:37see220

Stəndapçı: “Uill Smit bacarmasa, Yannik Sinner rolunu oynamağa hazıram” FOTO

18 Oktyabr 2025 03:13see193

Trampdan sonra Vens də İsrailə gedir

18 Oktyabr 2025 16:58see158

Bakıda bal yarmarkası fəaliyyətə başlayır

17 Oktyabr 2025 13:46see153

“Ağır çantalar uşaqlarda onurğa əyriliyinə gətirib çıxarır” EKSPERT DANIŞDI

17 Oktyabr 2025 11:50see145

Pəncərələri qış rejiminə necə keçirtmək olar?

18 Oktyabr 2025 04:47see141

Xaçmaz Rayon Prokurorluğunda “Açıq Qapı” Günü Keçirilib

17 Oktyabr 2025 11:35see135

Məhkəmədə həmin məlumatlar da tədqiq olundu Fotolar

17 Oktyabr 2025 20:42see134

Ramiz Mehdiyev İlham Əliyevə qarşı sui qəsd PLANLAŞDIRIB Sensasion iddia

17 Oktyabr 2025 22:34see133

ChatGPT yə verilməsi qadağan edilən 8 sual SİYAHI

18 Oktyabr 2025 02:52see133

“Xocalı Balı” ilk dəfə bal yarmarkasında alıcılara təqdim olunub REPORTAJ

18 Oktyabr 2025 14:09see132

İlham Əliyevdən Xəzəryanı ölkələrə ÇAĞIRIŞ

18 Oktyabr 2025 10:48see129

DNT testi bütün həyatını dəyişdi: Uşağının əsl atası məlum oldu

17 Oktyabr 2025 14:24see127

“Borussiya” yenə uduzdu

18 Oktyabr 2025 03:34see126

Neftinin qiyməti 1 dollar ucuzlaşdı

18 Oktyabr 2025 10:51see126

Çin polisinin ağıllı köməkçiləri: Təhlükəsizliyi robot itlər qoruyacaqlar

18 Oktyabr 2025 06:32see125

Tanınmış logistika şirkəti iflas etdi

18 Oktyabr 2025 03:04see124

Bakı metrosunda mübahisəli durum: gediş haqqı yenə dəyişəcək?

18 Oktyabr 2025 07:33see124

Dabaq xəstəliyi Qaxda da təsərrüfat sahiblərini çıxılmaz vəziyyətə saldı

18 Oktyabr 2025 01:37see122

Prezident ailəsi Vatikan bağlarında Fotolar Video

18 Oktyabr 2025 04:14see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri