“Rusiyanın qələbə qazanacağına inamımız tamdır” Kim Çen In
Azpolitika.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Şimali Koreya lideri Kim Çen In Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu ilə Pxenyanda keçirdiyi görüş zamanı Rusiyaya tam dəstəyini ifadə edib.
Kim bildirib ki, Şimali Koreya Rusiya Federasiyasını “nə olursa olsun və hər şəraitdə” dəstəkləməyə davam edəcək.
Görüşdə tərəflər strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi, bölgədəki gərginliklər və Ukraynadakı son durumla bağlı fikir mübadiləsi aparıblar.
Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu isə xüsusilə Kursk bölgəsində keçirilən hərbi əməliyyatlarda iştirak edən Şimali Koreya əsgərlərinə təşəkkür edib. O, həmin əsgərlərin döyüş bölgəsini “öz vətənləri kimi qoruduqlarını” söyləyərək, bu töhfəni “qəhrəmanlıq və fədakarlıq nümunəsi” adlandırıb.
Görüş zamanı tərəflər imzalanmış Əhatəli Strateji Tərəfdaşlıq Anlaşmasına sadiqliklərini bir daha təsdiqləyiblər. Kim Çen In görüşü bu sözlərlə yekunlaşdırıb:“Rusiyanın bu mübarizədə tam qələbə qazanacağına inamımız tamdır.”
"AzPolitika.info"
Baxış sayı:117
Bu xəbər 05 İyun 2025 13:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















