Rusiyanın qızıl ehtiyatları rekord həddə çatıb Yarısı Avropada dondurulub
Yeniavaz portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Rusiya Mərkəzi Bankı tərəfindən saxlanılan qızıl ehtiyatlarının ümumi dəyəri rekord göstəriciyə yüksələrək 310 milyard dollara çatıb.
Yeniavaz.com Rusiyanın rəsmi qurumlarına istinadən xəbər verir ki, bu göstərici il ərzində 92 milyard dollar artım deməkdir və tarixdə ən yüksək nəticə kimi qeydə alınıb.
Artımın əsas səbəbi isə beynəlxalq fond birjalarında qızılın qiymətinin kəskin bahalaşmasıdır.
Mərkəzi Bankın açıqlamasında bildirilir ki, Rusiyanın qızıl ehtiyatları təkcə fiziki qızıl külçələrindən ibarət deyil.
Portfelə həmçinin dəyəri sürətlə artan rəqəmsal qızıl sertifikatları da daxildir.
Məlumata əsasən, cari il ərzində qızılın qiyməti orta hesabla 67 faiz yüksəlib ki, bu da ehtiyatların ümumi dəyərində nominal artımı sürətləndirib.
Rəsmi balans hesabatına görə, Rusiyanın qızıl ehtiyatlarının həcmi 2 329 ton olaraq göstərilir.
Lakin qeyd olunur ki, qızıl ehtiyatlarının auditi uzun illərdir aparılmır və faktiki həcm rəsmi rəqəmlərdən fərqlənə bilər.
Eyni zamanda diqqətə çatdırılır ki, bu portfelin təxminən yarısı Qərb yurisdiksiyalarında dondurulub və Mərkəzi Bankın həmin aktivlərə çıxışı yoxdur.
Buna baxmayaraq, sözügedən vəsaitlər hələ də maliyyə hesabatlarında qeyd olunur və Rusiya hökumətinin balansında qalmaqda davam edir.
Bu mövzuda digər xəbərlər:Rusiyanın qızıl ehtiyatları rekord həddə çatıb
09 Noyabr 2024 16:29
Rusiyanın qızıl ehtiyatları rekord həddə çatdı
07 Mart 2025 19:34
Avropada kərə yağının qiyməti rekord həddə çatıb
20 Dekabr 2024 11:41
Rusiyanın müharibə xərcləri rekord həddə çatıb
28 Avqust 2025 12:25
Özbəkistanın qızıl valyuta ehtiyatları rekord həddə 55 milyard dollara çatıb
09 Oktyabr 2025 15:18
Baxış sayı:28
Bu xəbər 22 Dekabr 2025 15:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















