Rusiyanın qızıl ehtiyatları sürətlə azalır Səbəb
Icma.az, Axar.az portalına istinadən məlumat verir.
Rusiya Mərkəzi Bankı bu il 7,3 trilyon rubla çatacağı gözlənilən büdcə kəsirini maliyyələşdirmək üçün artıq on aydır ki, ehtiyatlarındakı qızılı satır.
Axar.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Məlumata görə, sentyabrda Rusiyanın qızıl ehtiyatları daha 0,2 milyon troya unsiyası (təxminən 6,2 ton) azalıb. Nəticədə ehtiyatların ümumi həcmi 72,8 milyon unsiyaya düşüb. Bu, 2019-cu ilin sonundan bəri ən aşağı göstəricidir. Mərkəzi Bankın ötən ilin dekabrında son bir neçə onilliyin ən böyük qızıl satışına başlamasından bəri Rusiyanın qızıl ehtiyatları 2 milyon troya unsiyası, yəni təxminən 62 ton azalıb.
Beynəlxalq Valyuta Fondunun statistikasına görə, müasir tarixdə Rusiya qızıl ehtiyatlarını yalnız bir dəfə bundan daha sürətlə azaldıb. 1998-ci ildə defolt, valyuta böhranı və dövlət qısamüddətli istiqrazları piramidasının çökməsi fonunda Mərkəzi Bank üç ay ərzində 3,8 milyon troya unsiyası (118 ton) qızıl satmışdı. Bununla belə, ilin sonuna doğru satılan qızıl külçələrin bir hissəsi geri alınmışdı. Nəticədə, həmin il Mərkəzi Bankın qızıl ehtiyatları 1,6 milyon unsiya (təxminən 50 ton) azalmışdı.
1990-cı illərin sonundan etibarən Rusiya qızıl ehtiyatlarının həcmi beş dəfədən çox artıb. 2022-ci ilin əvvəlinə Rusiyanın qızıl ehtiyatları 74 milyon troya unsiyasına, yaxud 2,3 min tona çatıb. Bu göstərici ilə ölkə dünyada beşinci yerdə qərarlaşıb.
Ötən ilin sonunda başlayan qızıl satışları Rusiya Mərkəzi Bankını dünyada bu qiymətli metalın ən böyük satıcısına çevirib. Bu proses Maliyyə Nazirliyinin əvvəllər Milli Rifah Fondunun aktivləri ilə apardığı əməliyyatların təkrarlanması ilə bağlıdır. Belə ki, Mərkəzi Bank büdcə kəsirini qarşılamaq üçün Maliyyə Nazirliyinin daha əvvəl satdığı Milli Rifah Fonduna məxsus qızılı bazarda satışa çıxarır.
“Finam” analitiki Aleksandr Potavinin sözlərinə görə, gəlirlərin büdcə xərclərini qarşılamaq üçün kifayət etmədiyi hallarda Maliyyə Nazirliyi toplanmış ehtiyatlardan, o cümlədən qızıldan istifadə edir:
“2026-cı ildə neft və qaz gəlirlərinin azalması Milli Rifah Fondunun aktivlərinin, o cümlədən qızılın satışının artmasına səbəb olub. Bundan əlavə, Mərkəzi Bank qızıl satışından əldə olunan vəsait hesabına valyuta likvidliyi çatışmazlığını da aradan qaldıra bilər. Dünya bazarında qızılın qiymətinin yüksək olması da, ehtimal ki, qiymətli metalın satışını artırmaq qərarına təsir edib”.
Məlumata görə, satılan Rusiya qızılının bir hissəsi Çinə göndərilir. Çin bu il Rusiyadan qiymətli metal alışını rekord səviyyəyə çatdırıb. Çin gömrüyünün məlumatına əsasən, yanvar-iyul aylarında Honkonqa Rusiya mənşəli təxminən 100 ton qızıl daxil olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə üç dəfə çoxdur.
LSEG analitiki Debakit Sahanın sözlərinə görə isə dünyanın ən böyük qızıl bazarı olan London bazarı Rusiya qızılının qəbulunu dayandırdıqdan sonra rusiyalı tədarükçülər ixracı şərq istiqamətinə yönəldiblər. Müharibənin ilk ilindən etibarən Rusiya qızılının Çinə axını sürətlənib. Həmin vaxtdan bəri Honkonq vasitəsilə 35 milyard dollar dəyərində qiymətli metal ixrac edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 21 Oktyabr 2026 12:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















