Rusiyanın qonşu ölkələri öz təhlükəsizliklərini gücləndirməlidir
Missiya.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“Rusiya Prezidenti Vladimir Putinin aldığı təhsil onun müharibələrə başlamasına heç bir təsir göstərmir”.
Missiya.Az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.
"Biz hamımız Putinin müəllimləri haqqında məlumat tapa bilərik. Rus təbliğatçıları tez-tez onun alman dili müəlliminin tələbəsi ilə fəxr etdiyini söyləyirlər. O, Putinə alman dilini öyrədirdi, amma ona avropalı olmağı öyrədə bilmədi”, - deyə siyasətçi vurğulayıb.
Ukrayna Prezidenti həmçinin Putinin idman karyerasına da toxunaraq bildirib ki, Kreml rəhbəri cüdo məşqçisindən daha çox kriminal məşqçidir.
Bundan əlavə Zelenski qeyd edib ki, Rusiyanın qonşu ölkələri öz təhlükəsizliklərinin qayğısına qalmalı və təcavüzkarın ölkələrinə, iqtisadiyyatlarına, mədəniyyətinə və təhsilinə təsirini məhdudlaşdırmaq barədə düşünməlidirlər.
Daşqın Həsənov
Missiya.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:23
Bu xəbər 12 Sentyabr 2025 11:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















