Icma.az
close
up
RU
Rusiyanın qurumları arasındakı koordinasiyasızlıq var

Rusiyanın qurumları arasındakı koordinasiyasızlıq var

Icma.az bildirir, Modern.az saytına əsaslanaraq.

Rusiya Federasiyasının qanunvericiliyinə edilən dəyişikliklərlə, 1 yanvar 2025-ci ildən etibarən əcnəbilərin Rusiya ərazisində müvəqqəti yaşama müddəti il ərzində cəmi 90 gün olacaq. Qeyd edək ki, əvvəllər bu müddət 180 gün olub.

Qərar Azərbaycan vətəndaşlarına da şamil edilib.

Modern.az-a danışan Milli Məclisin deputatı Elman Nəsirov bildirib ki, Rusiyanın miqrantlarla bağlı siyasətinin iki tərəfi var:

“Bu tərəflər bir-birinə ziddiyyət təşkil edir. Birincisi Rusiya bu addımı atmaqla dövlətin maraqlarını nəzərə aldığını düşünür. İl ərzində ölkədə qalma müddətini 180 gündən 90 günə endirilib. Eyni zamanda Rusiyada yaşayan miqrantların uşaqlarının rus dilindən imtahan verməsi tələbi irəli sürülüb. Belə ki, uşaqlar imtahandan keçə bilməsələr, ölkədə təhsil almaqlarına icazə verilməyəcək. Rusiya bu kimi sərt addımlar atır. Amma Rusiyanı miqrantlarsız təsəvvür etmək çətindir. Miqrantların yoxluğu ölkənin iqtisadiyyatına, ticarət balansına, ayrı-ayrı strukturlarının fəaliyyətində ciddi problemlər yarada bilər. Hesab edirəm ki, atılan addımların dövlət maraqlarına ziddiyyət təşkil edən məqamı bununla bağlıdır. Miqrantlarsız Rusiyaya çox çətin olar, hesab edirəm ki, bunu onlar da anlayır. Amma bir çox hallarda situativ addımlar da atılır”.

Millət vəkili qeyd edib ki, Azərbaycan təyyarəsinin vurulması ilə bağlı Rusiyayay qarşı əsaslı tam əsaslı, faktlara, arqumentlərə söykənən ittihamlarımız var:

“Bunun ardınca Rusiyanın belə bir addım atması əslində anlaşılmazdır. Bu məsələyə qlobal deyil, qlobal çərçivədə yanaşmaq cəhdidir. Eyni zamanda bilirik ki, Azərbaycan dövləti də bu istiqamətdə müvafiq addımlar atıb. Nazirlər Kabinetinin müvafiq qərarı ilə Rusiya vətəndaşlarının il ərzində ölkədəki fəaliyyət müddəti 180 gündən 90 günə endirilib. Bu Azərbaycanın indiki reallıqda atdığı ən düzgün addımdır. Hesab edirəm ki, Rusiya fərqində olmalıdır ki, Azərbaycan Rusiya ilə strateji müttəfiqdir, müttəfiq dövlətə qarşı belə bir yanaşma və davranış ümumiyyətlə anlaşılmazdır. Təyyarə qəzasının baş verməsində də Rusiyanın hərbi və mülki strukturları arasında anlaşılmazlıq və koordinasiyanın olmaması faktı üzə çıxır. Mənə elə gəlir ki, miqrasiya məsələləri ilə bağlı məsələləri təhlil edərkən bu reallıqları yaddan çıxarmamalıyıq. Rusiyanın müəyyən qurumları arasındakı koordinasiyasızlıq təəccüb doğurur”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:151
embedMənbə:https://modern.az
archiveBu xəbər 08 Yanvar 2025 17:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see300

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see238

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see216

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see206

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see194

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see187

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see186

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see183

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see171

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see170

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see164

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see154

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see154

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see152

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see151

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see151

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see151

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see151

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see147

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri